TBİLİSİDƏ QAFQAZ BEYNƏLXALQ AKADEMİYASI “ERMƏNİ SEPARATİZMİ VƏ TERRORİZMİ ” ADLI İKİGÜNLÜK KONFRANS KEÇİRMİŞDİR
Qafqaz Beynəlxalq Akademiyasının direktoru professor David Çitaya konfransda qeyd etmişdir ki, bu tədbirin keçirilməsi ideyası 4 il əvvəl yaranmışdır. O, əminliklə vurğulamışdır ki, konfrans bölgədə sabitliyə xidmət edəcəkdir.
Sonra mövzunu tarix elmləri doktoru Quram Marxuliya davam etdirmişdir. O, qeyd etmişdir ki, Qafqazda yaşayan xalqlar bir-birinə yaxın mədəniyyət və ənənəyə malikdir. Buna görə də tarix boyu bu xalqların milli mənafelərini qorumaq üçün təhlükələrə qarşı birliyə can atmaları təəccüblü deyildir. Lakin Qafqazda “erməni dövlətçiliyinin” peyda olması ilə vahid Qafqaz ideyasına böyük zərbə vurulmuşdur.
Konfransda “Təcavüzkar erməni tarixşünaslığı” , “Birinci əsrdə Ermənistan və Kartli çarlığı”, “Abxaziya erməniləri Gürcüstan əleyhinə müharibədə”, “Vahid Qafqaz konsepsiyası və böyük Ermənistan ideyası” mövzularında məruzələr dinlənilmişdir. Məruzəçilər harada yaşamasından asılı olmayaraq, ermənilərin özgə torpaqlarına iddialı olduqlarını pisləmişlər. Qafqaz bölgəsində əmin-amanlığın pozulmasında erməni millətçilərinin xüsusi rolu qeyd edilmişdir. Ermənilərin bu hərəkətinə qarşı birgə mübarizəyə çağırış səsləndirilmişdir.