Tehran Türkiyədən İrana çəkilən dəmir yolu xəttinin Pakistan ərazisinə uzadılmasını təklif edib
Bakı, 22 aprel, AZƏRTAC
Tehran Türkiyədən İrana çəkilən dəmir yolu xəttinin Pakistan ərazisinə uzadılmasını təklif edib. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu təklif İran Prezidenti Həsən Ruhaninin Pakistana səfəri zamanı irəli sürülüb. Qeyd olunub ki, növbəti kommunikasiya layihəsinin həyata keçirilməsi Avropanı Asiya və Çinlə birləşdirən daha bir halqa olacaq.
İran Prezidentinin Pakistanın Baş naziri İmran Xanla apardığı danışıqlarda iki ölkənin sərhədində terrorçu qruplaşmalara qarşı mübarizə aparmaq məqsədilə birgə qoşun hissəsi yaratmaq barədə razılıq əldə olunub. Budan başqa, tərəflər iqtisadi sahədə əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər. Bu məqsədlə birgə işçi qrupunun yaradılması qərara alınıb. İranın dövlət başçısı bildirib ki, Tehran Pakistanın neft ehtiyaclarını təmin edəcək yeni boru kəməri tikməyə hazırdır. Eyni zamanda, İrandan qonşu ölkəyə nəql olunan elektrik enerjisinin həcmi on dəfə artırıla bilər. İqtisadi əməkdaşlığın daha bir istiqaməti Pakistanın Qvadar və İranın Çabahar limanları arasında əməkdaşlığın gücləndirilməsidir.
İki ölkənin liderləri keçirdikləri mətbuat konfransında bildiriblər ki, onların görüşündə beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]