Tehranda pandemiya ilə əlaqədar onlayn sərgi keçirilib
Tehran, 14 aprel AZƏRTAC.
Tehranda “Biz koronavirusa qalib gələcəyik” mövzusunda onlayn beynəlxalq karikatura sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərginin təşkilatçılarına 88 ölkədən 4 min 200 karikatura göndərilib.
Sərginin katibi Məsud Təbabəbayi bildirib ki, göndərilən əsərlər sərginin saytında nümayiş olunur. Sərgiyə Türkiyə, Azərbaycan, Çin, Rusiya, Serbiya, Ukrayna, Hindistan, İndoneziya və Braziliyadan qatılıblar. Göndərilən bütün karikaturalar istisnasız olaraq saytda yerləşdirilib.
İranın tanınmış rejissoru Argavan Heydərislami koronavirus pandemiyasına həsr olunmuş “Heç nəyə əl vurma” filmi 17-ci Beynəlxalq Vyana Film Festivalına təqdim olunub. Mayın 28-də başlayacaq festivalda Avropa və Asiya ölkələrində çəkilmiş filmlər nümayiş olunacaq.
Festivalın rəsmi saytında bildirilib ki, koronavirus pandemiyası səngiməsə festival onlayn rejimdə keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]