TƏHSİL NAZİRLİYİNDƏ BEYNƏLXALQ FƏNN OLİMPİADALARININ QALİBLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Nazir Misir Mərdanov təhsilimizin inkişafında xalqımızın dahi oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, hazırda bu xəttin ardıcıl surətdə davam etdirildiyini vurğulamışdır.
Azərbaycan gənclərinin beynəlxalq bilik yarışlarında qazandıqları uğurlardan danışan nazir bildirmişdir ki, 2003/2004-cü dərs ilində kimya, biologiya, informatika, riyaziyyat və fizika üzrə keçirilmiş fənn olimpiadalarında respublikamızı 28 şagird təmsil etmiş və onlardan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medallara, 2-si isə diploma layiq görülmüşdür.
Misir Mərdanov kimya fənni üzrə Almaniyanın Kiel şəhərində keçirilən beynəlxalq bilik yarışında Azərbaycan komandasının qazandığı uğuru xüsusi vurğulamışdır. O, qalibləri təbrik etmiş, bu nailiyyətlərin əldə olunmasında xidməti olan təhsil işçilərinə, Çağ Öyrətim İşlətmələri Şirkətinə təşəkkürünü bildirmişdir.
Qaliblərə diplom və hədiyyələr verilmişdir.