Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ADNSU-da
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə tələbələrin görüşü olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Görüşdə çıxış edən Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov təhsil kreditinin verilməsi qaydaları haqqında məlumat verib, əsas missiyanın təhsilin əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması olduğunu bildirib.
Təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Ağca Məmmədova layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyib, təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və yeniliklər barədə məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb və təkliflər dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]