Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

TƏHSİLƏ QAYĞI DÖVLƏTİMİZİN BAŞÇISININ DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RƏSSAMLIQ AKADEMİYASININ REKTORUNU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 16-da Prezident sarayında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Milli Elmlər Akademiyasının akademiki, xalq rəssamı Ömər Eldarovu qəbul etmişdir.

Prezident HEYDƏR ƏLİYEV Ö.Eldarovu salamlayaraq dedi ki, bir neçə gün bundan qabaq səninlə görüşdük. Problemləriniz haqqında mənə danışdınız və dediniz ki, sizə böyük məbləğdə vəsait lazımdır. O vaxt bu, nə qədər idi?

ÖMƏR ELDAROV: 1 milyon 600 min dollar. Bu, tədris korpusu üçün lazım olan vəsait idi. Həmin korpus çox yüksək səviyyədə hazırdır.

HEYDƏR ƏLİYEV: İndi istədiyiniz vəsait nə üçündür?

ÖMƏR ELDAROV: Akademiyanın Moskva prosprektinə baxan binası üçün lazımdır. Orada biz istəyirik ki, muzey, sərgi salonu, akt salonu, kitabxana, kompüter şöbəsi yaradaq. Ona görə də bizə yenə də bir az vəsait lazımdır.

HEYDƏR ƏLİYEV: 1 milyon dollar...

ÖMƏR ELDAROV: Bəli, əlavə 1 milyon dollar vəsait lazımdır.

HEYDƏR ƏLİYEV: Yaxşı, mən maliyyə naziri ilə danışdım, baş nazirlə danışdım, bu məsələləri həll edəcəyəm. Sən mənə qısaca de görüm, Akademiya yaranandan indiyə qədər nə iş görülüb və nə iş görüləcəkdir?

ÖMƏR ELDAROV: Cənab Prezident, bizdə on iki ixtisas - rəngkarlıq, heykəltaraşlıq, memarlıq, qrafika, kitab qrafikası, tətbiqi sənət, xalçaçılıq, keramika, metal işləmə, dizayn, interyer üzrə rəssam və s. ixtisaslar üzrə kadrlar hazırlanır. İndi 700-ə yaxın tələbəmiz var. Sənətşünas ixtisası üzrə də kadrlar hazırlayırıq. Onların sayı çoxdur. Həmin ixtisas üzrə akademiyada 150 tələbə təhsil alır. Təhsil müddəti 6 ildir. Tələbələr 4 il oxuduqdan sonra bakalavr dərəcəsi alır, sonra iki il də magistraturada oxuyurlar. Yaxşı oxuyanlar təhsillərini davam etdirib magistr dərəcəsi alırlar. Magistrliyə də tələbələr müsabiqə yolu ilə seçilir.

Bir neçə gündən sonra diplom müdafiəsi başlanacaqdır. Akademiyamıza Fransadan, Polşadan, Almaniyadan qonaqlar gəlirlər. Biz diplom müdafiəsi işlərini onlara göstəririk. Onlar bu diplom işlərinə çox yüksək qiymət verirlər.

Deyirlər ki, belə yüksək diplom işi heç yerdə görməyiblər. Mən onlara deyirəm ki, bizim bundan da yüksək diplom işlərimiz olacaqdır. Biz tədris prosesinə çətin şəraitdə başlamışıq. Birinci dərs ilində Akademiyanın binalarında təmir-tikinti işləri gedirdi. Biz belə bir şəraitdə tədris prosesini aparmışıq. İkinci ildir ki, şəraitimiz yaxşılaşıbdır.

Cənab Prezident, Akademiya üçün bundan yaxşı binalar tapmaq qeyri-mümkündür. Binalar geniş və işıqlıdır, istilik sistemi var. Eyni zamanda, Akademiyanın həyətində bağ var, yay günlərində burada tələbələrimizlə birlikdə təcrübə məşğələləri keçirik.

HEYDƏR ƏLİYEV: Müəllim heyətiniz nə qədərdir?

ÖMƏR ELDAROV: 150-yə yaxın müəllimimiz var.

HEYDƏR ƏLİYEV: Yaxşı müəllimləriniz var?

ÖMƏR ELDAROV: Yaxşı müəllimlərdir... Nə qədər yaxşı rəssamlarımız varsa, onların hamısı bizdədir.

HEYDƏR ƏLİYEV: Hamısı sizdədir?

ÖMƏR ELDAROV: Bəli. SSRİ xalq rəssamı Mikayıl Abdullayev dünyasını dəyişib, o da bizdə işləyibdir. Xalq rəssamı Mirəli Mirqasımov da bizdə işləyibdir, indi məsləhətçidir.

HEYDƏR ƏLİYEV: Yaxşı, Akademiyanı lazım olan səviyyəyə nə vaxt tam qaldıracaqsınız?

ÖMƏR ELDAROV: Bu il, amma bir şərtlə. Biz kənar müşahidəçi yox, sifarişçi olsaydıq, podratçı təşkilatı özümüz tapardıq. Belə olsa, elə bu il bütün işləri qurtarardıq.

FATMA ABDULLAZADƏ (Prezidentin İcra Aparatının şöbə müdiri): Bizdə təcrübə belədir ki, Nazirlər Kabineti hansısa tikinti təşkilatına vəsait ayırır. Bunlar isə məsələ qaldırır ki, vəsait bilavasitə Akademiyanın özünə ayrılsın. Özləri tikinti təşkilatı seçib müqavilə bağlasınlar və görülən işi özləri qəbul etsinlər. Təhcizat da, keyfiyyət də, tikinti də onda daha yüksək səviyyədə olar.

ÖMƏR ELDAROV: Layihə işləri başlananda bizim özümüzün buna nəzarət etməyimiz lazımdır. Çünki, bu layihə bizdə aparılacaq tikinti işləri üçün hazırlanır.

HEYDƏR ƏLİYEV: Yaxşı, səninlə görüşəndən sonra, mən dedim, maliyyə naziri ilə danışdım, baş nazirlə danışdım. Büdcədə 830 min dollar nəzərdə tutulubdur. Siz bunun hamısından istifadə edəcəksiniz. Bu işləri bir gündə etmirsiniz ki. Nə vaxt ki, bu qurtardı, çatmadı, - sən deyirsən ki, bir milyon dollar, - bir milyonu da verəcəyik. Oldumu?

ÖMƏR ELDAROV: Cənab Prezident, çox sağ olun.

HEYDƏR ƏLİYEV: Bu məsələni indi mən maliyyə naziri ilə danışaram, Nazirlər Kabineti ilə danışaram. Mən başa düşmürəm ki, niyə vəsaiti tikinti təşkilatına verirlər. Gərək sifarişçiyə versinlər.

FATMA ABDULLAZADƏ: Onlar müsabiqə keçirirlər, hansı tikinti təşkilatı aşağı səviyyədə qiymətlər təklif edirsə...

HEYDƏR ƏLİYEV: Kim keçirir?

FATMA ABDULLAZADƏ: Nazirlər Kabineti hansısa bir tikinti ilə bağlı müsabiqə keçirir, vəsaiti o təşkilata ayırır, onlar tikirlər. Ömər müəllim xahiş edir ki, bu vəsait bilavasitə bunlara ayrılsın.

HEYDƏR ƏLİYEV: Mən bunu başa düşdüm. Ümumiyyətlə, niyə belə edirlər?

FATMA ABDULLAZADƏ: Çünki mövcud olan praktika belədir.

HEYDƏR ƏLİYEV: Yaramaz praktikadır. Yəqin, otuz il bundan qabaqkı praktikadır. Demək, bunu belə həll edirik. Orada artıq 200 milyon manat ayırıblar ki, siz işə başlayasınız. Qalanlarını da sonra ayıracaqlar. Beləliklə, siz işinizi görəcəksiniz.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdi.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək

“ASAN xidmət” modeli İndoneziyaya ixrac edilib

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə qeydə alınıb

İyulun 3-ü Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür

Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Azərbaycanın veteran qapıçısı: Türkiyəli qolkiperin fantastik seyvi komandanı 1/4 finala çıxardı

İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır

TDT-nin Şuşa Zirvə görüşü Azərbaycanın təşkilatın daha da gücləndirilməsi istiqamətində titanik səylərinin daha bir sübutudur - RƏY

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib

Çin və Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb

DSMF: Son altı ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 7,3 faiz artıb

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib

Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir

Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gəlib

BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur

Venesuelada “Beril” qasırğasından 25 min nəfər zərər çəkib

Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər

BAMF QHT Agentliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb

Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

Polşa və Almaniya müdafiə sahəsində əməkdaşlıq edəcəklər

Türkiyə XİN ölkənin maraqlarının xarici siyasətin əsas prioriteti olduğunu bəyan edib

Orxan Məmmədov: 2024-cü ildə Azərbaycanda ESG məsuliyyəti prinsiplərinin tətbiq səviyyəsi 3,5 faiz olub

“Azərbaycanda innovasiya siyasətinin qurulması” qrant layihəsinin bağlanış tədbiri keçirilib

Prezident İlham Əliyev milli bayram münasibətilə Belarus Prezidentini təbrik edib

BMU Texnoparkının təşkil etdiyi ilk “My Technology” müsabiqəsi başa çatıb

Rusiya yeni kosmik stansiya quraşdırmağı planlaşdırır

Finlandiya Prezidenti: Çin Ukrayna münaqişəsini bir zənglə həll edə bilər

Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu

İtaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil olunub

Muxtar Babayev: Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik VİDEO

Daxili işlər naziri Qubada vətəndaşların müraciətini dinləyəcək

ADA Universitetinin nümayəndə heyəti Corc Vaşinqton Universitetində olub

“Lokomotiv və vaqonlar” hazırdır

Amerika Kubokunda 1/4 final cütlükləri bəlli olub

“CawaMedia” agentliyi Azərbaycanda qeyd ediləcək Ümumdünya Ətraf Mühit Günündən yazıb

KOBİA bizneslər arasında ESG prinsiplərini təbliğ edir

Azərbaycan idmançısı reytinq turnirində gümüş medal qazanıb

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Misirdə binanın çökməsi nəticəsində 14 nəfər həlak olub

Vüsal Şıxəliyev: Bu il ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq VİDEO

Naxçıvanda müəllimlərin işə qəbul üzrə müsabiqənin test imtahanının növbəti mərhələsinə 375 namizəd dəvət edilib

"Sabah" Ukrayna millisinin basketbolçusunu heyətinə qatıb

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı təşkil olunacaq

Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq böyük perspektivlər vəd edir

BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş

Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Faktiki hava: Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38,6 faiz artıb

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

“Azeri Light” markalı neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

"Naxçıvan istedadları” incəsənət festivalında 378 şagird iştirak edib

Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir

Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlar sökülüb VİDEO

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular VİDEO

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir