“Teleradio” İB “DVB-T2” standartında rəqəmli kommersiya yayımı şəbəkəsini genişləndirir
Bakı, 5 avqust, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) “DVB-T2” standartında rəqəmli kommersiya yayımı şəbəkəsini genişləndirir.
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, hazırda Milli Televiziya və Radio Şurası ilə müvafiq kanalların ayrılması ilə bağlı danışıqlar aparılır. Yaxın zamanda İstehsalat Birliyi Zaqatala və ətraf ərazilərdə kommersiya yayım paketinin tətbiqini nəzərdə tutur.
“DVB-T2” standartında, artıq 90 kanaldan ibarət kommersiya yayım paketi Gəncədə, Qubada, Lənkəranda və bu rayonların ətraf ərazilərində tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]