Azərbaycan Dövlət İnformasiya Agentliyi

Temppeliaukio - nəfəs alan kilsə və ya mənim gözəl fin yuxum

Temppeliaukio - nəfəs alan kilsə və ya mənim gözəl fin yuxum

Bakı, 22 yanvar, A.Axundova, AZƏRTAC

Göyərtəsində olduğumuz bərə qarlı-şaxtalı yanvar səhərində Helsinki limanına varid oldu. Finlandiyanın şaxtalı sübh çağında sahilə çıxdım və yaxınlıqda kafe axtarmağa başladım. Çox gözləmədən rastıma kiçik, rahat və gözəl bir kafe çıxdı. Orada buğlanan çayı qurtumlayaraq xəritəni açdım və "qayada yerləşən kilsəyə" - ömrüm boyu gördüyüm ən qəribə məbədə aparan marşrutu öyrənməyə başladım.

Lap əvvəldən başlayaq. Finlandiyaya bərə ilə gəldim. Üzən şəhərə bənzəyən bu nəqliyyat vasitəsi iki şimal paytaxt - Tallin və Helsinki arasında müntəzəm hərəkət edir. Bərə təxminən iki saat yarıma Estoniyadan Finlandiyaya çatır. Bu vaxt ərzində orada olan çoxsaylı kafelərdən birində əyləşmək, alış-veriş etmək və hətta gözəllik salonuna getmək olar. Bərənin göyərtəsində səyahətçi üçün zəruri olan hər cür şərait mövcuddur.

Amma şopinq və ya kosmetik prosedurlar məndə maraq doğurmur. Pəncərənin kənarında oturub qəhvə içirəm və Şimal dənizinin qara və soyuq dalğalarını seyr edirəm, onlar sanki sükunət fonunda aramlı səsi ilə insana layla deyir. Tallin özünün sayrışan işıqları və yaşıla çalan səmanın sönük işığında qüllələrinin ucları ilə bərədən yavaş-yavaş uzaqlaşır. Bütün bunlar mənə yuxu kimi görünür...

Qəhvəmi bitirib göyərtəyə çıxıram. Soyuq və təmiz havanı üzümdə hiss edirəm. Amma gödəkcəmin altında nənəmin öz əlləri ilə toxuduğu qalın sviter var və şaxtanı hiss etmirəm. Gözlərimi uzaqlara zilləyib Finlandiya sahillərini görürəm. Özümlə Helsinkinin xəritəsini götürmüşəm, amma qərara gəlirəm ki, onu quruya çıxdıqdan sonra, ləzzətli bir yeməyin və finlərə məxsus hansısa korvapuust, yaxud pannukakkunun dadına baxaraq gözdən keçirim. Bəxtim gətirsə, hətta bu, riisipuuro da ola bilər.

Sakit olun, burada super ekzotik heç nə yoxdur. Korvapuust sadəcə darçınlı çörəkdir, lakin Finlandiyanın ən məşhur milli yeməklərindən biridir, hətta onun oktyabrın 4-də qeyd edilən öz bayramı da var. Pannukakku sobada bişmiş, pasta kimi dilimlənmiş və giləmeyvə, ləzzətli qaymaq, bal və ya mürəbbə ilə süfrəyə verilən nəhəng qalın pancakedir. Riisipuuroya gəldikdə, bu, xüsusi bir təamdır, baxmayaraq ki, yeməyin özündə qeyri-adi bir şey yoxdur. Riisipuuro - badam ilə şirin düyüdən hazırlanan sıyıqdır və Miladda yeyilir. Bu, Santa Klausun həyat yoldaşının özünün bişirdiyi sıyıq növüdür. Riisipuuroda yeganə badam qozu bəxt üçündür: kim onu alırsa, bütün ilboyu uğur qazanacaq. Milad artıq arxada qalsa da, ümid edirəm ki, hələ də məşhur düyü sıyıqını dada biləcəyəm.

Təbii ki, fin mətbəxi bu yeməklərlə məhdudlaşmır. Digər şimal ölkələrində olduğu kimi, burada da balıq xüsusi ehtiramla qarşılanır. Onu çox vaxt ətlə olduğu kimi, qızartmırlar, buğda bişirirlər. Ən çox istifadə edilən tərəvəzlər kartof və yerköküdür. Finlər göbələk və giləmeyvələri çox sevirlər. Bəlkə də fin mətbəxində həqiqətən ekzotik bir şey (ən azı mənim üçün) cüyür ətidir. Qurudulmuş cüyür əti adətən şorba ilə, qızardılmış ət isə giləmeyvə sousu, kartof və ya yerkökü püresi ilə süfrəyə verilir.

Sadaladığım desertlərə əlavə olaraq, Finlandiyada bir çox başqa müxtəlif pirojnalar, piroqlar, tortlar və başqa taxıl məmulatları hazırlanır.

Ancaq rahat və hələ də boş olan kafedə yalnız çörəklər var idi. Düyü sıyıqı mövsümü keçib, amma evdar qadın hələ pancake bişirməyə başlamayıb. Beləliklə, mən giləmeyvə çayımla və korvapuustumla pəncərənin yanındakı masada oturub dənizin üzərindəki səmanın işıqlanmasını seyr edirəm. Səhər saat 10-a yaxın olsa da, göy üzü indi işıqlanır. Finlandiyada ilin bu vaxtında çox qısa günlər olur. Axşam saat dörd radələrində ölkəyə toran çökür. Yəqin buna görə də, qışda finlər mümkün olan hər yerdə xüsusi və rahat atmosfer yaratmağa çalışırlar: evdə, işdə, kafedə, mağazada və hətta küçələrdə. Çünki psixoloji cəhətdən “kaamos”a - burada təxminən 5 ay davam edən qaranlıq dövrə tab gətirmək asan deyil.

Mənim xəritə ilə məşğul olduğumu görən kiçik kafenin sahibi yanıma gəlib hara getmək istədiyimi soruşur. Sonra o, mənə Temppeliaukioya gedən ən sürətli və rahat yolu göstərir. Bu, onun ən çox bəyəndiyi əlverişli yoldur. Sonra İlmarinin "Helsinkidə ən yaxşı sauna süpürgələri" satdıqları dükanın yanından keçəni yolu işarət edir və deyir: - bunlar ən yaxşısıdır!" Ona de ki, Helvi göndərib, o, sənə endirim edəcək”. Tamamilə çaşqın halda, xeyirxah Helvimə təşəkkür edirəm və hazırlaşmağa başlayıram. Helvi neçə günlüyünə gəldiyimi soruşur. Cavab verirəm ki, yalnız bir günlüyünə. "Bəs niyə Temppeliaukio'ya gedirsən?" - deyə soruşur. Və həqiqətən də, niyə?

Temppeliaukio (fin dilində "Məbəd meydanı" deməkdir) paytaxtın mərkəzi rayonlarından biri olan Töölödəki lüteran kilsəsidir. Bu, Helsinkidə ən çox ziyarət edilən on attraksiondan biri olan olduqca məşhur bir yerdir. Ona görə də təəccüblü deyil ki, mən muzeylər, parklar, bazarlar və digər kilsələrin daxil olduğu siyahıdan əsas məkan kimi Temppeliaukionu seçərək, “qayadakı kilsəni” ziyarət etmək qərarına gəldim.

Səfərə hazırlaşdığım vaxt və Helsinkinin görməli yerlərini araşdırarkən bu kilsənin fotoşəkilləri məni cəlb etdi. Mənə o qədər qeyri-adi göründü ki, orada olmağın necə təsir bağışlayacağını bilmək istədim. Amma hansı hissləri yaşayacağımı təsəvvür belə edə bilmirdim...

İstiqaməti itirməmək üçün birbaşa marşrutla kilsəyə doğru piyada getdim. Helsinki sakit, səs-küysüz şəhərdir. "Səliqəli", sanki açıqca üçün fotosu çəkilmiş yerdir. Bayram bəzəkləri hələ sökülməyib və bu, şəhərə xüsusi yaraşıq verir. Mən 40-50 dəqiqədən sonra ümdə məqsədimə çatdım. Yeri gəlmişkən, yolda Helvinin danışdığı İlmarinin mağazasını gördüm, amma sauna süpürgəsi üçün getmədim.

Kənardan bunker kimi görünən Temppeliaukio, içəridən yadplanetlilərin gəmisinə bənzəyir. Bu hiss qeyri-adi dizayn sayəsində yaranır ki, bu da öz növbəsində çox orijinal tikinti metodunun nəticəsidir. Kilsənin tikintisi zamanı işçilər Töölödə daşı partladıblar. Nəticədə nəhəng bir boşqab kimi üstü günbəzlə örtülmüş bir yarğan yaranıb. Divarlar və günbəz arasında dəmir-beton tirlərlə ayrılmış dar pəncərələrdən ibarət şüşə “lent” quraşdırılıb ki, bu da mənə (şəxsən) daş üzərində tapılmış nəhəng tarixdən əvvəlki kərtənkələnin onurğasını xatırladır.

Günbəzin özü spiral şəklində çəkilmiş mis məftillə bəzədilib. Başını qaldırıb ona baxsan, hipnoz etməyə başlayır. Ən azından bu, məni mütləq hipnoz etdi, çünki mənə elə gəldi ki, o, mənim üzərimdə böyük bir hündürlükdə uçur. Baxmayaraq ki, reallıqda döşəmə ilə günbəz arasında cəmi 12-13 metr məsafə var. Yıxılmamaq üçün oturub yuxarı baxmağa davam edirəm.

Temppeliaukioda yaşadığım digər qeyri-adi sensasiya canlı orqanizmin içində olmaq hissi idi. Bu, ağlabatan görünmür və çox qəribədir. Mən bir növ qorxu hiss edirəm. Sevindim, amma eyni zamanda, bu uyuyan nəhəngi təsadüfən oyatmamaq, yaradıcılıq yuxusunu pozmamaq üçün sakit oturmaq istəyirəm...

Bəlkə də bu hiss kilsədəki divarlar daş olduğundan yaranıb. Və bu, süni divarlar deyil, partladılmış qayanın "daxili" hissəsidir. Buradakı bütün daşlar müxtəlif, bir-birindən fərqli, bənzərsizdir. Deyirlər ki, daşın da nəbzi var... Təəccüblüdür ki, mehrabın arxasında buzlağın əriməsi nəticəsində müstəqil şəkildə yaranmış boşluq var - məlum olur ki, kilsə sanki özü özünü tikirmiş.

Temppeliaukio Rostropoviçin özünün "dünyanın ən yaxşısı" adlandırdığı heyrətamiz akustikaya malikdir. Bu da daşın təbiətindən irəli gəlir. Burada tez-tez orqan və klassik musiqi, hətta bəzən metal qruplarının konsertləri də keçirilir. Kilsə orqan musiqisi, yeri gəlmişkən, əsl sənət əsəri hesab olunur və xüsusi diqqətə layiqdir.

Bir az incidim ki, Helsinkiyə gələndə Temppeliaukioda heç bir konsert keçirilmirdi. Digər tərəfdən, mən kilsənin özünün səsinə “qulaq asa” bilirəm. Sadəcə, beyninizdə düşüncə axınını müvəqqəti olaraq söndürməli və bütün diqqətinizi qulaqlarınıza köçürməlisiniz. Ancaq təkcə qulaq asmaq yox, həm də dərindən dinləmək lazımdır. Sonra yumşaq bir monoton zümzümə edə bilərsiniz. Səslər divarlardan gəlir, nəhəng bir qabarcıq kimi mərkəzə toplanır, sonra günbəzə qalxır, orada səssizcə partlayır və yavaş-yavaş zala düşür, onu özü ilə əhatə edir, döşəməyə və divarlara hopur və yenidən onlardan uzaqlaşır, nəhayət, yenə bir qabarcığa yığılır. Bu, ən çox yuxuda və ya dərin meditasiya zamanı baş verən sakit, hətta nəfəsalma səsinə bənzəyir. Uzun müddət diqqətinizi cəmləsəniz, bu heyrətamiz səsi tamamlayan və ona ritm verən titrəmələri hiss edə bilərsiniz. Sanki mənim öz nəfəsim də, buraya toplaşan hər kəsin nəfəsi də, ürəyimizin çırpıntısı da bu səsə əlavə olunur. Adama elə gəlir ki, hamımız birlikdə müvəqqəti olaraq vahid bir orqanizmin parçası olmuşuq. Zənnimcə, hər hansı bir məbəddə məhz belə bir hiss olmalıdır...

Yadplanetli günbəzi divarlarla birləşdirən pəncərələrdən çöldə düşən qar dənələrini görürəm. Hər şey inanılmaz dərəcədə yavaş baş verir, sanki zaman dayanıb. Qar dənələri əriyir və göz yaşları kimi şüşədən aşağı axır - kilsə ağlayır. İnsanlar içəridə hərəkətsiz otururlar - sanki hamımız başqa bir zaman ölçüsündəyik. Kimisi sakitcə dua edir. Qarlara baxıb fikirləşirəm - görəsən burada yağışda oturmaq necə olardı? Yoxsa yayda günəş çox olanda və ya qışda Finlandiyada aydın görünən şimal işıqları zamanı? Yoxsa gecə, ulduzlar səmada işıq saçanda?

Ulduzların sayrışması məni düşüncələrimdən ayırır və başa düşürəm ki, getmək vaxtıdır. Ona görə yox ki, tezliklə hava qaralmağa başlayacaq və bəlkə də şəhəri gəzməyə vaxtım olmayacaq. Ancaq mənim üçün sadəcə vaxtın tamam olduğu üçün. Temppeliaukio məni sərbəst buraxır.

…Düzünü desəm, kilsədən çıxanda harada olduğumu yaxşı xatırlamırdım. Qaranlıq düşənə qədər şəhəri gəzdim. Hava tez qaraldı. Yadımdadır, bir qapalı bazara baş çəkdim, burada estoniyalı dostlara hədiyyələr aldım, sonra uzun müddət gölün ətrafında gəzdim, çox üşüdüm. Sonra özümü mərkəzdə tapdım, boş yer gördüyüm ilk restoranda oturdum. Restoran fin deyil, asiyalıların olduğu üçün mən giləmeyvə sousu ilə cüyür əti yemədim, Hindistan qozu südü ilə şorbanın dadına baxdım...

 

Sonra Helsinkinin qarlı küçələri ilə yenidən limana getdim. Mən hələ İlmarinin mağazasına da baxdım və oradan süpürgə aldım. Səbəbi aydın deyil. Amma endirimlə, bəli. İlmari məndən Helviyə salam deməyimi istədi. Mən də bərəmə minməzdən əvvəl Helviyə baxdım. Kafe adamla dolu idi, ona görə də qapının ağzından süpürgəni yellədim və dərhal çıxdım. O, mənə doğru qaçdı və salfetə bükülmüş bir parça pannukakku verdi. "Növbəti dəfə Milad üçün qayıdın", - dedi. Bu riisipuuro olacaq." Cavab verdim ki, imkan olsa, məmnuniyyətlə gələcəyəm.

  Artıq estakadadan çıxan bərədə oturub pəncərədən Baltik dənizinin eyni qaranlıq dalğalarının qəzəblə çırpındığı tamamilə qaranlıqlaşmış sahilə baxdım. Yolda iki saat yarım vaxt sərf etməli oldum. Alış-verişə gedə və ya manikür edə bilərdim... Amma mən sadəcə pəncərənin kənarında oturub Helvinin əlləri ilə bişirdiyi pannukakku yemək və Temppeliaukionu xatırlamaq istəyirdim. Müxtəlif dövrlərdə həm “daş məscid”, həm də “şeytan əleyhinə bunker” adlandırılan heyrətamiz kilsəni xatırladım. Onun kobud divarları, kosmik qübbəsi və ölçülmüş nəfəsi - bunları yalnız onu dinləyərək eşidə bilərsiniz.

Bərə yavaş-yavaş üzürdü. Mən getdikcə uzaqlaşan Helsinkiyə baxdım. Nədənsə bir az kədərli idi. Mənə elə gəlirdi ki, bütün bunlar sadəcə bir yuxu idi. Mənim gözəl fin xəyalım...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib