TƏRTƏRDƏ AQRAR SAHƏ İNKİŞAF EDİR
Tərtər, 4 mart (AZƏRTAC). Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin inkişafı diqqət mərkəzindədir. 2009-cu il “Aqrolizinq” xətti ilə 4 taxılbiçən kombayn, 5 traktor, 2 traktor yedəyi, 1 səyyar yem üyüdən, 1 səyyar taxıl təmizləyən alınmış, fermerlərə ziyanvericilərə qarşı mübarizə məqsədi ilə dövlət vəsaiti hesabına 80 kiloqram sink fosfit pereparatı verilmiş, 800 litr kintoks dərman pereparatı ilə 3200 hektar sahədə çəyirtkəyə qarşı mübarizə aparılmışdır. 150 hektar pambıq sahəsində mənənə və pripisə, 5300 hektar taxıl sahəsində alaq otlarına qarşı herbisid səpilmişdir. Suvarma suyu ilə təminatı yaxşılaşdırmaq məqsədi ilə arx və kanallar lildən təmizlənmiş, 80 min kubmetr torpaq işi görülmüş, 132 hidrotexniki post, 30 hidrotexniki qurğu təmir edilmiş, 2,6 kilometr suvarma kanalı əsaslı təmir olunmuşdur. 2 yeni subartezian quyusu qazılmış, 206 subartezian quyusunun dərinlik nasosları və 19 transformator əsaslı təmir olunmuşdur. 30 subartezian quyusunun dərinlik nasosları yeniləri ilə əvəz edilmiş, 5 istifadəyə yararsız subartezian quyusu bərpa olunmuşdur. Kənd təsərrfatı məhsulları istehsalçılarına 1 milyon 126 min manat kompensasiya ödənilmiş, güzəştli qiymətlərlə 610 ton azot və 500 ton superfosfot gübrələri satılmışdır.
Görülmüş tədbirlər nəticəsində ötən il Tərtər rayonunda 49 milyon 896 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu, 2008-ci illə müqayisədə 18,2 faiz çoxdur.
2009-cu ildə rayonda 73 min 209 ton taxıl, o cümlədən 65 min 138 ton buğda, 8.071 ton arpa, 923 ton qarğıdalı, 811 ton günəbaxan, 1.438 ton pambıq, 7.083 ton şəkər çuğunduru, 4.751 ton kartof, 10 min 183 ton tərəvəz, 8.244 ton meyvə, 827 ton üzüm istehsal olunmuşdur. 2008-ci illə müqaisədə buğda istehsalı 25 min 291 ton, qarğıdalı istehsalı 45 ton, kartof istehsalı 125 ton, meyvə istehsalı 127 ton, üzüm istehsalı 20 ton artmışdır.