Tərtərdə keçirilən ağacəkmə aksiyasında 150 ədəd Eldar şamı əkilib
Tərtər, 25 sentyabr, AZƏRTAC
Tərtər şəhərində 27 Sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı Düyərli kəndi ərazisində 150 ədəd Eldar şamı ağacı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Müxbir – Tahir Ağaməmmədov