Tərtərdə koronavirus pandemiyası ilə bağlı dezinfeksiya işləri diqqətdə saxlanılır
Tərtər, 16 avqust, AZƏRTAC
Tərtər rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, insanların kütləvi toplaşdığı yerlərdə həyata keçirilib.