TONİ BLEYER: AVROPA İTTİFAQI KİPRƏ DAİR VƏDLƏRİNİ YERİNƏ YETİRMƏLİDİR
Bleyer vurğulamışdır: “Bu tədbirlər Ankaranın imzaladığı Gömrük İttifaqına əlavə protokola müvafiq olaraq, Türkiyə limanlarının yunan-Kipr Respublikasının gəmiləri üçün açılması ilə yanaşı görülməlidir”.
Britaniyanın Baş naziri bildirmişdir ki, BMT Kipr məsələsinin həlli üçün daha münasib təşkilatdır. BMT-nin yeni baş katibi vəzifəsinin icrasına başlayan kimi Kiprə dair danışıqları bərpa etmək lazımdır.
Bleyer vurğulamışdır ki, Türkiyənin Avropa İttifaqına daxil olması haqqında danışıqların 8 bənd üzrə dayandırılması bütün prosesin dondurulması kimi başa düşülməməlidir. Türkiyə Avropa üçün heç də təkcə özünün enerji siyasəti baxımından vacib deyildir. Bu ölkə Aİ-nin gələcəyinin mühüm amilinə çevriləcəkdir. Böyük Britaniya Türkiyəni həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir.
Bleyer Böyük Britaniya ilə Şimali Kipr arasında birbaşa aviasiya reyslərinin təşkili barədə R.T.Ərdoğanın təklifinə toxunaraq bildirmişdir ki, bu, mümkün məsələdir. Bleyer demişdir: “Mən bu təklifə müsbət baxıram və belə uçuşların təşkilini özüm də istərdim. Lakin burada qanuni bazanı öyrənmək lazımdır. Söhbət məsələnin beynəlxalq mülki aviasiya qaydalarına müvafiq olub-olmadığından gedir”.