Tovuz rayonunun səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər
Tovuz, 17 iyun (AZƏRTAC). Tovuzda səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərindəki abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov tibb işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, ölkədə səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı istiqamətində görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, son illər Tovuzda istifadəyə verilən 80 çarpayılıq xəstəxana, Müalicə-Diaqnostika Mərkəzi tibb işçilərinə göstərilən qayğının bariz nümunəsidir.
Sonra tibb işçiləri Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olmuş və Ümummilli Liderə həsr olunmuş filmə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]