TOVUZDA TAXIL BİÇİNİ DAVAM EDİR
Tovuz, 9 iyul (AZƏRTAC). Rayon icra hakimiyyətindən bildirmişlər ki, 12 min 780 hektar sahədə bol taxıl yetişdirən sahibkarlar artıq bir neçə gündür biçinə başlamışlar. Məhsulu vaxtında və itkisiz yığmaq üçün biçinə 40-dan artıq kombayn cəlb olunmuşdur.
Fermerlər artıq 750 hektar zəmini biçmişlər. Biçilən sahələrdən 1.260 ton məhsul tədarük edilmişdir. Arpa əkilən sahələrdə orta məhsuldarlıq hektardan 25 sentner, buğda əkilən sahələrdə isə 30,4 sentner olmuşdur. Sahələrdəki bol məhsul sahibkarların 30 min tondan artıq taxıl istehsal edəcəklərindən xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]