ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər
Bakı, 16 iyun, AZƏRTAC
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ Prezidenti Donald Trampa İranın əldə olunmuş razılaşmalara baxmayaraq, nüvə proqramı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə biləcəyi barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ kəşfiyyat qurumlarının topladığı məlumatlar Tehranın yekun razılaşma çərçivəsində nəzərdə tutulan öhdəlikləri icra etməyə hazır olması ilə bağlı ciddi şübhələr yaradır.
Bildirilir ki, memorandumun təsdiqindən əvvəl keçirilən müzakirələrdə Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset sənədlə bağlı narahatlıqlarını ifadə ediblər. Vitse-prezident Cey. Di. Vens, eləcə də Prezidentin nümayəndələri Stiv Vitkoff və Cared Kuşner isə memorandumun qəbulunu dəstəkləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]