Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır
Bakı, 16 iyun, AZƏRTAC
Yaponiyada gənə vasitəsilə yayılaraq yüksək ölüm riski daşıyan və ağır qızdırma ilə müşayiət olunan trombositopeniya sindromu (SFTS) üzrə yoluxmaların sayı artıb.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Təhlükəsizliyi İnstitutu məlumat yayıb. Bildirilib ki, iyunun 7-dək ölkədə 72 yoluxma halı qeydə alınıb.
Yaponiyanın səhiyyə naziri Keniçiro Ueno xəstələrin sayının artdığını bildirərək əhalini ehtiyatlı olmağa çağırıb. Mütəxəssislər gənələrin ən aktiv olduğu yaz-payız aylarında açıq ərazilərdə qoruyucu tədbirlərə əməl etməyi tövsiyə edirlər.
Qeyd edək ki, SFTS əsasən gənə sancması ilə yayılır və ölüm göstəricisi 10-30 faiz arasında dəyişir. Xəstəliyə qarşı peyvənd olmasa da, Yaponiyada antiviral dərman istifadəyə təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]