Dünya çempionatı: Səudiyyə Ərəbistanı - Uruqvay oyununda qalib müəyyənləşməyib
Bakı, 16 iyun, AZƏRTAC
ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanı və Uruqvay milliləri qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Səudiyyə Ərəbistanı yığmasının heyətində Abdullah Əl-Əmri 41-ci dəqiqədə fərqlənib. Uruqvayın bərabərlik qolunu isə Maksimiliano Arauxo 80-ci dəqiqədə vurub.
Hər iki komanda G qrupunda mübarizə aparır.
İkinci turda Səudiyyə Ərəbistanı millisi iyunun 21-də İspaniya ilə üz-üzə gələcək. Uruqvay isə iyunun 22-nə keçən gecə Kabo-Verde ilə qarşılaşacaq.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]