Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Bakı, 16 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun iyunun 18-də Lerikdə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı iyunun 19-na dəyişdirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, R.Məmmədov Lerik rayonundan, eləcə də Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Görüş saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi, 22) keçiriləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 258 39 84, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]
Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar
- 16.06.2026 [11:22]