Bu ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb
Bakı, 16 iyun, AZƏRTAC
2026-cı ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 296,9 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin I rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Samir Nəsirov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən daxil olan pul baratlarının həcmi 67,4 milyon dollar və ya 29,4 faiz artıb.
O qeyd edib ki, hesabat dövründə Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya, Türkiyə, İrlandiya, ABŞ və Böyük Britaniyadan olub.
“Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya (110,8 milyon dollar), Türkiyə (49,909 milyon dollar), İrlandiya (24,6 milyon dollar), ABŞ (23,911 milyon dollar), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (10,550 milyon dollar), Gürcüstan (10,323 milyon dollar) və Birləşmiş Ərəb Əmirlikləri (9,894 milyon dollar) üzrə formalaşıb”, - deyə departament rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın ümumi pul baratlarında xüsusi çəkisi 37,3 faiz, Türkiyənin 16,8 faiz, İrlandiyanın 8,3 faiz, ABŞ-nin isə 8,1 faiz təşkil edib.