Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb
Bakı, 16 iyun, AZƏRTAC
Filippinin Mindanao adasının cənub sahillərində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 33 nəfər isə itkin düşüb.
AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb. Qurumun son hesabatına əsasən, təbii fəlakət 337 mindən çox ev təsərrüfatına, təxminən əhalinin 1,38 milyonuna təsir göstərib. Zəlzələ nəticəsində 68 minə yaxın evə ziyan dəyib. Onlardan 12,3 mindən çoxu tamamilə yararsız vəziyyətə düşüb.
Xatırladaq ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, tektonik mənşəli zəlzələ iyunun 8-də yerli vaxtla saat 07:37-də 33 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentri Mindanao adasındakı Sarangani əyalətinin Maasim şəhərindən təxminən 32 kilometr cənub-qərbdə yerləşib. Filippin Sakit okeanın seysmik cəhətdən fəal “Atəş həlqəsi” zonasında yerləşdiyindən ölkədə zəlzələlər və vulkan püskürmələri tez-tez müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]
Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır
- 16.06.2026 [09:10]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]