Tramp 62 il sonra “Alkatraz” həbsxanasını bərpa edir
Vaşinqton, 5 may, AZƏRTAC
ABŞ-da məşhur keçmiş “Alkatraz” həbsxanasını yenidən fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp göstəriş verib. O bildirib ki, ABŞ uzun müddətdir ki, amansız və zorakı cinayətkarlarla qarşılaşır.
“Biz keçmişdə daha ciddi bir millət olanda xəsarət yetirəcəkləri insanlardan uzaqlaşdırmaq üçün bu təhlükəli cinayətkarları qapalı tutmaqdan çəkinmirdik. Ona görə də bu gün mən Həbsxanalar Bürosuna Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə Amerikanın ən amansız və zorakı cinayətkarlarının saxlanılması üçün “Alkatraz” həbsxanasını yenidən açmağa, genişləndirməyə və bərpa etməyə göstəriş verirəm”,- deyə Tramp əlavə edib.
“Alkatraz” həbsxanası ABŞ-ın Kaliforniya ştatında, San-Fransisko körfəzində eyni adlı adada yerləşir. Həbsxana sərt rejimi və oradan qaçmağın mümkün olmaması ilə tanınıb. 1934-cü ildə açılmış həbsxana 1963-cü ildə yüksək saxlanma xərcləri və infrastrukturun köhnəlməsinə görə bağlanıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
- 01.10.2026 [05:35]
Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır
- 01.10.2026 [04:40]
Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]