Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb
Vaşinqton, 17 sentyabr, AZƏRTAC
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ona qarşı növbəti sui-qəsd cəhdinə görə prezident Cozef Bayden və vitse-prezident, prezidentliyə namizəd Kamala Harrisi ittiham edib.
AZƏRTAC-ın məlumatına görə, hadisə ilə bağlı “Fox News”a danışan Tramp onu “demokratiyaya təhdid” adlandıran prezident Bayden və vitse-prezident Harrisin ritorikasının ikinci dəfə ona sui-qəsd olunmasına səbəb olduğunu deyib.
“Ritorika mənə atəş açılmasına səbəb olub. Halbuki, mən bu ölkəni xilas edəcək yeganə insanam, onlar isə bu ölkəni həm daxildən, həm də xaricdən dağıdırlar. Buna “daxili düşmən” deyilir. Onlar real təhdiddirlər”, - deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]