Tramp Yaxın Şərq üçün “qızıl dövr” vəd edib
Bakı, 8 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs razılaşması və qarşıdan gələn danışıqlar fonunda Yaxın Şərqdə “qızıl dövrün” başlaya biləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
O yazıb: “Dünya sülhü üçün əla gündür! İran da bunu istəyir — onlar kifayət qədər gördülər! Digərləri də belədir. ABŞ Hörmüz boğazındakı vəziyyətin sabitləşməsinə kömək edəcək. Çoxlu müsbət addımlar atılacaq, böyük iqtisadi imkanlar yaranacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Bu, Yaxın Şərq üçün qızıl dövr ola bilər!”.
ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton “hər şeyin yaxşı getməsini təmin etmək” üçün prosesdə iştirak edəcək və bu ssenarinin reallaşacağına əmin olduğunu vurğulayıb.
Xatırladaq ki, Tramp daha əvvəl təqdim etdiyi təkliflər əsasında Tehranla danışıqlara hazır olduğunu bildirmiş, həmçinin İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açacağı təqdirdə mümkün zərbələri iki həftə müddətinə dayandıracağını açıqlamışdı.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk mərhələsinin aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [11:23]
Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib
- 02.11.2026 [11:05]
Avstraliyalıların 60 faizi çiy balıq yeyir: mütəxəssislər xəbərdarlıq edir
- 02.11.2026 [09:12]
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
- 02.11.2026 [08:15]
Səudiyyə Ərəbistanı sahillərində tankerə naməlum sursatlar dəyib
- 02.11.2026 [07:51]
İspaniyada qatar qəzasında ölənlərin 12-si əcnəbi vətəndaşlardır
Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
- 01.11.2026 [23:56]
“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub
- 01.11.2026 [23:11]
“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
- 01.11.2026 [20:31]
Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub
- 01.11.2026 [20:24]
Bu saata olan əsas xəbərlər
- 01.11.2026 [20:00]
Geridə qalan həftə Gürcüstanın həyatında nələr baş verib?
- 01.11.2026 [19:51]
Lənkəran Dövlət Dram Teatrında “Nəfəsim Vətən” tamaşasının premyerası olub
- 01.11.2026 [19:46]
Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən qələbə
- 01.11.2026 [19:45]
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- 01.11.2026 [19:40]
Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb
- 01.11.2026 [18:14]
OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər
- 01.11.2026 [18:10]
Kimya İnstitutu NASCO29-da təmsil olunub
- 01.11.2026 [16:44]
Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub
- 01.11.2026 [16:29]
Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb
- 01.11.2026 [15:56]
Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib
- 01.11.2026 [15:27]
Avropada dərinləşən böhran - TƏHLİL
- 01.11.2026 [14:38]
Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur
- 01.11.2026 [14:34]
Media və Yayım Şurası bəyanat yayıb
- 01.11.2026 [14:05]