TRT XƏLİL RZA ULUTÜRKÜN HƏYAT VƏ YARADICILIĞINDAN BƏHS EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Türkiyə Radio-Televiziya Qurumunun (TRT) Bakı təmsilçiliyi XIX-XX əsr görkəmli Azərbaycan ziyalılarından bəhs edən proqramını davam etdirmək qərarına gəlmişdir.
Budəfəki veriliş Azərbaycanın “Azadlıq şairi” Xəlil Rza Ulutürkə həsr olunmuşdur. Proqramda Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk və başqaları sənətkar haqqında fikirlərini bölüşürlər.
Sənədli film aprelin 13-də Bakı vaxtı ilə saat 8.00-da və 1.30-da TRT-İNT, həmin gün saat 17.30-da TRT-TÜRK kanallarında göstəriləcəkdir.