TURİST MARŞRUTLARI FƏALLAŞDIRILACAQDIR
Bakı Səyahətlər və Ekskursiyalar Bürosu İsrailə, Maltaya, Şimali Kiprə marşrutlar açılmasını fəallaşdırmaq niyyətindədir. Respublikadaxili marşrutlara gəldikdə isə, Qəbələdə, Altıağacda və Pirquluda da fəal istirahət üçün hər cür şəraitin olmasına baxmayaraq, dincələnlər, əsasən, Nabran, Qax, Qusar, Quba, Qalaaltı, İsmayıllı və Şəki zonalarına üstünlük verirlər. Bürodan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin birinci yarısında 1500-ə qədər vətəndaş bu qurumun xətti ilə xarici və respublikadaxili marşrutlarla səyahətə çıxmışdır. İlin sonunadək həmin rəqəmin 2500-ə çatacağı gözlənilir.
Büro ucuz başa gələn ailəvi istirahətin təşkili çərçivəsində gündə üç dəfə keyfiyyətli yemək verilən və yüksək peşəkar xidmət göstərilən düşərgə tipli baza yaratmaq fikrindədir. Yaxın günlərdə Büro Azərbaycanın son on ildə qazandığı real nailiyyətlərin əks olunduğu yeni ekskursiya mövzusu təqdim edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]