CƏMİYYƏT
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri xüsusi mükafata layiq görülüblər
![](/files/galleryphoto/2022/3/1200x630/16672245442658738112_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672245443140518519_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672245441558323418_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672245454025548228_1200x630.jpeg)
İstanbul, 31 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatına layiq görülüblər.
AZƏRTAC xəbər verir ki, mükafatlar İstanbulda keçirilən VIII Türk Dünyası Tibb Konqresi çərçivəsində nazirlərə təqdim olunub. Mükafata layiq görülənlər arasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev da var.
Təqdimetmə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev, Türkiyənin səhiyyə naziri Fahrettin Koca və digərləri iştirak ediblər.
Daha sonra konqres çərçivəsində keçirilən “Türk dünyası səhiyyə biznes sərgisi”nə baxış keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]