Türk Dünyası Araşdırmaları İnstitutunun tədqiqat qrupunun Şuşaya səfəri başlayıb
Şuşa, 25 oktyabr, Tahir Ağaməmmədov,AZƏRTAC
Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun tədqiqat qrupunun Şuşa şəhərinə səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Nadim Macitin və institutun əməkdaşları Vəfa Qurbanın, Aygül Uçarın, Rüçhan Buburun daxil olduğu tədqiqat qrupunun bir sıra tarixi və dini-memarlıq abidələrini ziyarət etməsi nəzərdə tutulur.
Qeyd edək ki, tədqiqatçılar Şuşa şəhərində ermənilərin tarixi-mədəni abidələrə qarşı həyata keçirdikləri vandalizm barədə toplu hazırlayacaqlar.