TÜRKDİLLİ DÖVLƏTLƏRİN XÜSUSİ XİDMƏT İDARƏLƏRİNİN KONFRANSI İCLASININ YEKUN SƏNƏDİ İMZALANMIŞDIR
Konfransda Azərbaycanı milli təhlükəsizlik nazirinin müavini Tofiq Babayev təmsil edirdi.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri N.Dutbayev bildirmişdir ki, imzalanmış sənəddə xüsusi xidmət idarələrinin transmilli terrorizmlə mübarizə çərçivəsində, sadəcə, informasiya mübadiləsindən daha konkret əməliyyat işinə keçmək niyyətində olduqları bildirilir.
N.Dutbayev demişdir ki, iclasda terrorizm və ekstremizmlə mübarizə, qanunsuz miqrasiyanın qarşısının alınması, beynəlxalq mütəşəkkil cinayətkar qruplara qarşı mübarizə məsələlərinə baxılmışdır.
İştirakçılar iclas çərçivəsində dialoqun faydalı olduğunu, bütün məsələlərdə qarşılıqlı anlaşma əldə edildiyini, dünyada təhlükələrə qarşı mübarizədə əməkdaşlığı və birgə əməliyyatları gücləndirməyin və genişləndirməyin vacibliyini xüsusi vurğulamışlar.
İclasda Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin və Federal Təhlükəsizlik Xidmətinin, Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri müşahidəçi qismində iştirak etmişlər.