TÜRKİYƏ GÜRCÜSTANDAKI AZƏRBAYCANLILARIN DAİM QAYĞISINA QALACAQ
Türkiyənin Tbilisidəki fövqəladə və səlahiyyətli səfiri xanım Fatma Dəclə Kopuz Gürcüstanda yaşayan azərbaycanlılarla növbəti görüşü M.F.Axundov adına Azərbaycan mədəniyyəti mərkəzində keçirmişdir.
Səfir regionda Türkiyənin çox önəm verdiyi dövlətlərdən birinin də Gürcüstan olduğunu vurğulayaraq demişdir ki, onun ölkəsi Gürcüstanın dövlət müstəqilliyinin möhkəmlənməsində, ərazi bütövlüyünün təmin edilməsində, buradakı, eləcə də regiondakı münaqişələrin dincliklə nizama salınmasında maraqlıdır. Çünki Türkiyə Gürcüstanda bütün xalqların, o cümlədən də azərbaycanlıların firavan və təhlükəsiz yaşamasını istəyir. Qardaş Azərbaycan kimi, Türkiyə də Gürcüstanda yaşayan azərbaycanlılara həmişə qayğı göstərmişdir və bu məsələni gələcəkdə də diqqətdə saxlayacaqdır.
Görüşdə ölkəmizin Tbilisidəki səfiri Hacan Hacıyev, Gürcüstan Prezidentinin İcra Aparatının regional siyasət şöbəsi müdirinin müavini İmir Məmmədli, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov və başqaları çıxış edərək, Türkiyə-Azərbaycan-Gürcüstan dostluğundan danışdılar və Gürcüstanda yaşayan azərbaycanlılara qayğısına görə Türkiyə hökumətinə və xalqına minnətdarlıqlarını bildirdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]