Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN ÇIXIŞI

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN ÇIXIŞI

-Hörmətli sədr!

Möhtərəm millət vəkilləri!

Azərbaycan xalqının Milli Məclisinin yüksək kürsüsündən sizlərə xitab etməkdən böyük şərəf duyuram. Mənə göstərdiyiniz bu məhəbbətə görə hamınıza çox təşəkkür edirəm.

Aramızda əvvəllər Avropa Şurasındakı və xarici işlər naziri kimi fəaliyyətim zamanı bərabər çalışdığım və tanıdığım bir çox millət vəkili dostum vardır. İndi onları görürəm və bundan böyük məmnunluq duyur, özümü evimdəki, öz Məclisimizdəki kimi hiss edirəm.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin siyasi, iqtisadi, diplomatik, enerji, ticarət, təhsil, mədəniyyət, elm və informasiya kimi çoxsahəli və zəngin bir təməli mövcuddur. Bütün bu əlaqələrin ən önəmli faydası isə iki ölkə arasındakı kök, dil və inanc birliyidir. Əlaqələrimizi başqa ölkələrlə münasibətlərdən fərqləndirən və onlara xüsusi xarakter verən məhz budur. Dünyada eyni kökdən olduğu halda, fərqli dildə danışan, eyni dildə danışdığı halda, fərqli soydan olan bir çox ölkə vardır. Bizə üstünlük gətirən, əlaqələrimizi sözün əsl mənasında qardaşlıq səviyyəsinə çıxaran, kimsənin etiraz edə bilmədiyi məhz bu birlikdir. Yəni eyni kökdən, dildən olmağımızdır.

Hörmətli millət vəkilləri, əlaqələrimizdən danışarkən işlətdiyimiz “qardaş” kəlməsi üzərində bir az dayanmaq istəyirəm. Bu qardaşlıq duyğusunu bu şəkildə görürük ki, azəri türkünün canı yandığı zaman, bizim də canımız yanar, o ağladıqda, biz də ağlayarıq. O xoşbəxt olduqda, biz də xoşbəxt oluruq. Bu, elə bir səmimi duyğudur ki, beynəlxalq əlaqələri təsvir etmək üçün işlədilən mənafe, mənfəət və güc müvazinəti kimi düşüncələr onu anlamaq üçün kifayət etməz. Qardaşlıqda mənfəət olmaz, düşmənçilik olmaz. Biz istəyirik ki, ölkəmizin varlığı azəri türkünə güvənc versin.

Hörmətli sədr!

Dəyərli millət vəkilləri!

Bu gün yaşanan rifah və əmin-amanlığın ancaq demokratik üsullarla təmin edilə biləcəyi barədə bir yekdillik vardır. Demokratikləşmə davamlı mükəmməlləşmə zamanıdır. Demokratiya özgünlüklə ən yaxşı uzlaşan siyasi sistem olaraq qəbul edilməkdədir. Bu mövzuda mərhum Cümhurbaşqanı Heydər Əliyev “Azərbaycanın yolu demokratiya yoludur” deyərək, mövqeyini ən qəti şəkildə ortaya qoymuşdur. Bu mənada Azərbaycanın demokratiyanı gücləndirmək və insan haqları standartlarını yüksəltmək üçün səmimi fəaliyyət içərisində olduğunu görürük. Bu fəaliyyətin davamlı olmasını qətiyyətlə dəstəkləyirik. Xüsusilə bütün dünyanın yaxından izləyəcəyi gələn il keçiriləcək prezident seçkiləri Azərbaycan demokratiyasının inkişafı və kamilləşməsi baxımından xüsusi önəm daşıyacaqdır.

Hörmətli sədr!

Möhtərəm millət vəkilləri!

Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial vardır. Bizim vəzifəmiz, çətin də olsa, hər sahədə işbirliyi üçün daim çalışmaqdır. Əzminizin qarşısında duracaq güc yoxdur.

Rəsmi açılışı keçən il olan, bəzilərinin gerçəkləşdirilməsinin imkansız hesab etdiyi, xəyal adlandırdığı dünyanın ən uzun ikinci boru xətti - Bakı-Tbilisi-Ceyhan neft kəməri sayəsində Azərbaycan nefti artıq Türkiyə ərazisi vasitəsilə dünya bazarlarına çatdırılır. Qazaxıstanın da bu layihəyə qatılması ilə Bakı-Tbilisi-Ceyhan boru xətti regional işbirliyinin ən gözəl misalı kimi daha güclü bir şəkildə ortaya çıxmışdır və dünyada getdikcə daha çox diqqət çəkməkdədir.

Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xətti layihəsi də Xəzər dənizinin təbii qaz ehtiyatlarının Türkiyə ərazisi ilə beynəlxalq bazara çatdırılmasına yol açılmışdır. Müvəffəqiyyətlə gerçəkləşdirilən bu iki layihə bizi strateji işbirliyimizin gələcəyi üçün daha da cəsarətləndirən nəticələrdir. Qarşıdakı zamanda çərçivə sazişi bu il Tbilisidə imzalanan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməlinin qoyulmasını izləyəcəyik.

Adı çəkilən layihələr Xəzər dənizi hövzəsindən kənarda, Orta Asiya ölkələrinin, hətta Çinin Qərblə əlaqəsi baxımından önəmli işləri yerinə yetirməklə yanaşı, digər tərəfdən də Türkiyə, Azərbaycan və Gürcüstanı sağlam şəkildə bir-birinə bağlamaqdadır. Digər bölgə ölkələrinin də bu əməkdaşlıqda yer alması üçün onların gözlənilən addımlar atacaqlarına ümid edirəm. Bütün bu layihələr istər bölgədə sülhə, sabitliyə, istərsə də qlobal enerji təhlükəsizliyinə böyük töhfə verməkdədir.

Bölgədə atılan mühüm addımları izləməklə keçinən və adıçəkilən layihələrdən kənarda qalmağa vərdiş edənlər xətalarının əziyyətinin nə qədər ağır olduğunu qarşıdakı illərdə anlayacaqlar. Sürətlə qloballaşan dünyada bu cür regional inteqrasiya proseslərindən kənarda qalmaqla sabit bir dövlət imici yaratmaq mümkün deyildir.

Dəyərli millət vəkilləri, bölgəmiz barədə danışarkən ortaq qonşumuz olan Ermənistan haqqında da bəzi düşüncələrimi sizlərlə bölüşmək istəyirəm. Bilirsiniz ki, Türkiyə Ermənistan Respublikasını 1991-ci il dekabrın 16-da tanımışdır. Bundan başqa, Türkiyə Ermənistanı Qara dənizdə sahili olmadığı halda, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına dəvət etmişdir. Buna baxmayaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin yaradılmasını əngəlləyən məsələlər ortaya çıxmışdır. Ancaq vəziyyətin bugünkü nöqtəyə çatmasında Türkiyənin cavabdeh olmasını düşünmürəm. Bu vəziyyətdən məmnun olduğumuzu söyləyə bilmərəm. Çünki bölgəmizin sabitliyi baxımından regiondakı bütün ölkələrin bir-biri ilə ikitərəfli və çoxtərəfli səviyyədə yaxşı qonşuluq əlaqələri saxlamasının gərəkli olduğuna inanıram.

Bir qonşusu Türkiyəyə qarşı düşmənçilik davranışı içində bulunmasının, digər tərəfdən də, digər qonşusu Azərbaycanın torpaqlarını işğal altında saxlamasının səbəbkarının Ermənistan olduğunu artıq bütün dünya görməlidir. Biz Cənubi Qafqaz bölgəsinin sülh və sabitliyi üçün təməli beynəlxalq hüquq normaları olan ərazi bütövlüyünə, anlaşmalarla tanınmış sərhədlərin dəyişməzliyi və toxunulmazlığına hörmət edilməsini, münaqişələrin sülh yolu ilə çözümünə sadiqlik göstərilməsini əsas qəbul edirik. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə çözümü üçün lazım olan köməyi və dəstəyi bundan sonra da verəcəyik.

Bundan başqa, Ermənistanın saxta iddiasına gəlincə, tarixin araşdırılmasını tarixçilərin öhdəsinə verilməsinin zəruriliyi barədə fikrimizdə heç bir dəyişiklik olmadığını, yazılmış tarixin birlikdə araşdırılması üçün müştərək tarix komissiyasının yaradılması haqqında təklifimizin hələ də keçərli olacağını bir daha vurğulamaq istəyirəm.

Ermənistan 1915-ci il hadisələrinin şərhinin başqa ölkələrin parlamentlərində müzakirəsini davam etdirdikcə, Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması ilə bağlı heç bir inkişaf gözlənilməməlidir.

Burada bir məsələni xüsusilə vurğulamaq istərdim. Bölgəmizdəki çoxtərəfli enerji, rabitə, nəqliyyat layihələri Cənubi Qafqazdakı iki ölkə - Azərbaycan və Gürcüstan ilə Türkiyə arasında sağlam təməllərə söykənən güclü bir müştərək dəhliz yaratmaqdadır. Belə bir sülh və əməkdaşlıq ruhunda hərəkət edilməsinin xalqlara nə kimi qazanc gətirdiyini ümidvararm ki, Ermənistan xalqı da görür. Bölgədəki layihələrin sülh, əməkdaşlıq, sabitlik və yaxşı qonşuluq əlaqələrinə hörmət edən digər ölkələrə də açıq olduğunu Ermənistan rəhbərləri də başa düşməlidirlər.

Hörmətli millət vəkilləri, cəmi on altı il əvvəl nə Sovetlər Birliyinin dağılacağı, nə Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağı, nə də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi iri layihələrin imzalanması ağıla gəlmirdi. Bütün bunlar bir xəyal, yuxu kimi görünürdü. Amma bu gün yerləşdiyimiz bölgə yeni bir coğrafi həqiqətin məhək daşını təşkil edən bir vəziyyətə gəlmişdir. Bu yeni coğrafi həqiqət Avrasiya geosiyasətidir.

Xəzər hövzəsi Avrasiyanın məhək daşını təşkil edən, Qərblə Şərqi bir-biri ilə qovuşduran və bu qovuşmada tarixi İpək yolunu günümüzün çağdaş layihələri ilə zənginləşdirərək gerçəklik halına gətirən xüsusiyyətə malikdir. Yaşadığımız yüzilliyə öz imzasını atan Avrasiyadır. Türkiyə ilə Azərbaycan bu bölgənin tam mərkəzində yerləşən, Qərblə Şərqi bir-biri ilə qovuşduran bu önəmli layihələri həyata keçirən ölkələr olaraq, Avrasiya geosiyasətinin əsasını təşkil edir.

Türkiyə Avropa Birliyinə üzvlük məsələsinin müzakirəsini davam etdirir. Ölkəmiz Avropa Birliyinə üzv olduqdan sonra Cənubi Qafqaz bölgəsi də Avropa ilə qonşu olacaqdır. Bölgəmizdə enerji, rabitə və nəqliyyat sahələrində həyata keçirilən layihələrin ölkələrimiz arasında yaratdığı ortaq məxrəc Avropa Birliyinin Cənubi Qafqazda həyata keçirdiyi Avropa Qonşuluq siyasəti ilə uyğundur. Bizim sadəcə, bu layihələrlə deyil, eyni zamanda, zəngin insan resursları ilə də Qərblə Şərqin bütövləşməsində önəmli bir rol oynamaq imkanımız vardır. Bu nöqteyi-nəzərdən Qərb ilə Şərq arasında bu əməkdaşlıq platformasının turk dilində danışan xalqların yaşadığı ərazinin hamısını əhatə edəcəyinə və faydalı olacağına inanıram.

Qarşımızdakı dövr - enerji, nəqliyyat və rabitə sahəsindəki layihələrin genişlənməsi, yayılması Qərb ilə Şərqin bir-birinə bağlanmasında bir dönüş yaradacaqdır. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi İstanbulda Mərmərə dənizinin altından keçməklə Avropa ilə Asiya qitələrini birləşdirəcək “Marmaray” layihəsi ilə birləşdikdə, Çindən Avropaya qədər davamlı bir nəqliyyat dəhlizi yaradılacaqdır. Eyni şəkildə, Azərbaycan ilə Türkmənistan arasında Xəzərdən keçəcək təbii qaz boru xətti layihəsi gerçəkləşəndə, Xəzər hövzəsi Şərq-Qərb enerji dəhlizinin ən önəmli tranzit mərkəzinə çevriləcəkdir. Bunların həyata keçirilməsi asan deyildir. Bunlar bizim Avrasiya baxışımızın təməl daşlarıdır. Bu baxış türk dünyasının da ortaq baxışıdır.

Hörmətli sədr!

Hörmətli millət vəkilləri!

Azərbaycanın günbəgün güclənməsi bizə səmimi bir sevinc verir və azəri türklərinə olan inamımızı, güvənimizi daha da artırır. Əlaqələrimizin 16-cı ildönümünə təsadüf edən, bu dövrdə hər baxımdan tarixi önəm daşıyan və müştərək gələcəyimizə işıq tutacaq bu səfərimizin nəticəsi əsasən budur. Həm azərbaycanlı qardaşlarımızın parlaq gələcəyinə, həm də iki ölkə və xalq arasındakı qardaşlığın bölgəmizin, hətta daha geniş bir coğrafiyanın parlaq gələcəyinə təsir göstərəcəyinə inamımız daha da güclənməkdədir. Bizləri, uca millətimizi tanımayanların xəyal edə bilmədikləri bu ortaq hədəflərə birlikdə nail olacağıq.

Əbədi Türkiyə-Azərbaycan qardaşlığı uğrunda bu günə qədər alın təri tökənlərin, bu yolda çox zərər görən, hər şeyini, hətta həyatını belə itirməkdən çəkinməyənlərin ümidlərinin puça çıxmadığını birlikdə göstərəcəyik. Ortaq gələcəyimizə inanırıq və bunu mütləq təmin edəcəyik.

“Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı deyərək”, hamınızı sevgi və hörmətlə salamlayıram.

“Biz bir millət, iki dövlətik” deyən Azərbaycanın böyük öndəri, rəhmətlik Heydər Əliyevi ehtiram və hörmətlə anıram.

Bütün Azərbaycan xalqına türk qardaşlarının salamlarını çatdırıram. Sizlər vasitəsilə də onların sevgilərinin, məhəbbətlərinin bir daha bütün Azərbaycan xalqına çatdırılmasını xahiş edirəm.

Hamınıza təkrarən sevgi və hörmətimi bildirirəm. Sağ olun.

                                                               X X X

Milli Məclisin sədri OQTAY ƏSƏDOV Türkiyə Prezidenti Abdullah Gülə dərin məzmunlu və maraq doğuran çıxışına görə deputatlar adından minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident!

Sizin bu çıxışınız bir daha göstərdi ki, Türkiyə və Azərbaycan dostluq və qardaşlıqla bərabər, həm də ən yaxın müttəfiqlərdir. Müasir dövrün ən mürəkkəb məsələlərinin həllində bizim baxışlarımız, mövqelərimiz üst-üstə düşür. Mən əminəm ki, Azərbaycan xalqının, türk xalqının bu mövqeləri həm Dağlıq Qarabağ məsələsində, həm Şimali Kipr məsələsində, həm də PKK terroruna qarşı mübarizə məsələsində həmişə birdir, bir olacaq və biz həmişə bir-birimizin yanında olacağıq.

Zati-aliləri, Sizin bu təşrifinizə və çıxışınıza görə bir daha minnətdarlığımı bildirir və deyirəm: Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu, birliyi və xalqlarımızın qüdrəti!

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert