Türkiyə Superliqası: “Beşiktaş” xal itirib, “Fənərbağça” isə qalib gəlib
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də futbol üzrə Türkiyə Superliqasının XXIV turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Beşiktaş” səfərdə “Kayserispor”la qarşılaşıb. “Kadir Has” stadionunda baş tutan oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 38-ci dəqiqəsində “Beşiktaş”ın hücumçusu Atiba Hutçinson hesabı açıb. Meydan sahibləri isə 58-ci dəqiqədə Artem Kravetsin vurduğu qolla hesabı bərabərləşdiriblər. 62-ci dəqiqədə Kayseri təmsilçisi Deniz Turucun vurduğu qolla hesabda irəli keçib. Lakin İstanbul təmsilçisi 90-cı dəqiqədə hesabı bərabərləşdirməyə nail olub. Caner Erkin “Beşiktaş”ın bir xal qazanmasını təmin edib.
Turun digər oyununda isə "Fənərbağça" "Rizespor"u 3:2 hesabı ilə məğlub edib. "Bursaspor" doğma meydanda "Sivasspor"dan üstün olub. Görüş Bursa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]