Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə terrorçuluğa qarşı mübarizəyə bir əsrdən artıq vaxt sərf edən nadir ölkələrdəndir

İstanbul, 24 oktyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyə uzun illərdir ki, FETÖ, PKK etnik separatçı qruplaşması, DHKP-C, Əl-Qaidə və İŞİD kimi terror qrupları, 17 Noyabr - inqilabçı təşkilat və ASALA erməni terror təşkilatı ilə mübarizə aparır. Türkiyəni hədəf alan bu qruplaşmalar xaricdə terrorçular üçün təlim düşərgələri qurmaqda, maliyyə vəsaiti toplamaqda və media orqanları vasitəsilə təbliğat aparmaqdadırlar.

AZƏRTAC Türkiyənin terrorizmlə mübarizə tarixinə nəzər salır.

Günümüzdə terror təhdidinin getdikcə artdığı danılmaz faktdır. Bu gün beynəlxalq ictimaiyyət misli görünməmiş miqyasda terror təhlükəsi ilə üz-üzədir desək yanılmarıq. Terror təşkilatları hər gün daha da qloballaşır, daha böyük miqyasda itkilərə səbəb ola biləcək zorakılıq potensialını artırır. Bu kimi təşkilatlar getdikcə daha da nəzarətdən çıxan sosial media vasitəsilə öz ideyalarını yayaraq gəncləri də zorakılığa təşviq edir. Xarici terrorçu-döyüşçülərin sayının hər gün artması da bunun narahatedici həqiqətlərinin bir hissəsidir.

Türkiyə terrorçuluğa qarşı mübarizəyə bir əsrdən artıq vaxt sərf edən nadir ölkələrdəndir. Osmanlı dövründə türklərə qarşı erməni və rum etnik əsaslı separatçı dəstələri tərəfindən terrorçuluq fəaliyyətləri həyata keçirilib. Respublika mərhələsinə qədəm qoyduqdan soyuq müharibə dövrünə qədər ölkədə səngiyən terror fəaliyyətləri ikiqütblü dünya nizamı - ABŞ ilə Sovet İttifaqı arasındakı geosiyasi gərginlik dövründə “gizli mübarizə” formasında dağıdıcı xüsusiyyəti ilə yenidən ön plana çıxıb. Separatçı təşkilatlar Türkiyənin konstitusiya əsaslı dövlət quruluşunu ortadan qaldırmaq məqsədilə terrorun ən qanlı formalarından istifadə ediblər.

Türkiyənin terrorizmlə mübarizəsini faktlar və ehtimallar əsasında üç mərhələyə ayırmaq olar.

Ölkə siyasəti 1960-cı illərdə terrorizmə qarşı “passiv” müdafiədə olub. Həmin dövrdə meydana gələn ideoloji bölünmələr və bu vəziyyətin siyasətə təsiri nəticəsində terrorizm, demək olar ki, ikinci plana alınıb. 1980-ci illərdən yeniyetmələrin terrorçuların sırasına cəlb edilməsinə başlanılıb. PKK terror təşkilatı çox sayda 15-16 yaşlı yeniyetməni aldadıb, psixoloji istismar edərək onların terrora qoşulmasına nail olub. Daha sonralar isə “savaşçı” yetişdirmək və saylarını artırmaq məqsədilə terrorçular tərəfindən daha kiçik yaşda uşaqların Türkiyədən qaçırılmasına başlanılıb. Uşaqları PKK terror təşkilatı tərəfindən qaçırılan ailələrin 2019-cu ildə “Diyarbakı anneleri” adı altında başlatdığı oturaq etiraz aksiyası bu gün də fasiləsiz davam etməkdədir.

Ovaxtkı hakimiyyətin buna hərtərəfli qarşılıq verməyərək sadəcə Türkiyə Silahlı Qüvvələrinin “vəzifə” siyahısına daxil etməsi isə xüsusən terror təşkilatının xaricdən aldığı dəstəklə böyüməsinə yol açıb.

Uzun illər Türkiyə daxilində “dağıdıcı” və “bölücü” fəaliyyət aparan terror təşkilatları 1990-cı illərdə terrorun başqa bir formasına əl ataraq xarici ölkələrdəki türk diplomatları hədəf almağa başlayıb. Həmin fəaliyyətləri həyata keçirən erməni terror təşkilatları ilə anlaşan PKK isə bu mərhələdə özünü ASALA-nın “vəkili” kimi göstərməyə başlayıb. Erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı həyata keçirdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 nəfər Türkiyə vətəndaşı qətlə yetirilib.

Lakin 1992-ci ildə PKK terror təşkilatı üzvlərinin Türkiyənin Şırnak şəhərinə hücumlarından sonra ölkənin terrorla mübarizə tarixində dönüş yaranıb. Beləliklə, Türkiyə aktiv müdafiə anlayışına yönələrək sərhəddən kənar əməliyyatlarını artırıb və İraqda separatçı qruplar tərəfindən qurulmuş düşərgələr hədəf alınmağa başlanıb.

Yaxın keçmişdə baş verən 15 İyul hadisələri isə Türkiyəni terror və terrorçuya başqa prizmadan baxmağa vadar etdi. Məlum hadisə terror qruplaşmalarının dövlətin qəlbinə, ordusunun içinə sızdığı həqiqətini ortaya çıxardı. Həmin vaxtdan sonra dövlətin, demək olar ki, başda hərbi olmaqla bir çox strukturu yenidən quruldu.

Hazırda Türkiyə terrorizmlə mübarizədə bütün imkanlarını səfərbər edib. Suriya və İraq ərazilərində illərdən bəri davam edən antiterror əməliyyatları nəticə verməyə başlayıb. Bunların ən böyük nümunələri isə terrorçulara qoşulan bir çox yeniyetmənin dövlətin təhlükəsizlik qüvvələrinə təslim olması və ya vaxtilə terrorçu yuvası hesab edilən Qabar dağının bu gün Türkiyənin ən böyük neft emalı bölgəsinə çevrilməsidir.

Bu gün Türkiyə terrorizmlə mübarizəni sadəcə hərbi texnika ilə deyil, həm də diplomatik yollarla davam etdirir. Belə ki, uzun illər apardığı mübarizəyə baxmayaraq beynəlxalq güc mərkəzlərindən heç bir dəstək almayan Türkiyə beynəlxalq ictimaiyyətin terror təhdidinə qarşı məlumatlılığını artırmağa çalışır. Mübarizədə daha effektiv mexanizmlərin yaradılması məqsədilə Türkiyə həm ölkələrarası görüşlər, həm də müxtəlif beynəlxalq platformalarda ciddi səylər göstərməkdədir. İstər ölkə rəhbəri, istərsə də digər dövlət rəsmiləri hər çıxışlarında terrorizmlə mübarizənin vacibliyini vurğulayırlar.

Türkiyənin terrorçuluğa qarşı mübarizədə vurğuladığı məqamlar isə bunlardır: terror beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdiddir və məqsəd nə olursa-olsun, harada, nə zaman, kim tərəfindən törədilməsinə baxmayaraq heç bir terrorçuluq fəaliyyəti qanuni hesab oluna bilməz. Terrorçuların gizlənməsinin qarşısını almaq üçün “təslim et və ya mühakimə et” prinsipi əsasında dövlətlər arasında əməkdaşlıq artırılmalıdır. Beynəlxalq ictimaiyyət terror təşkilatları arasında heç bir fərq qoymamalıdır və terror qruplarının, üzvlərinin və əməllərinin qarşısının alınması, təqib edilməsi və mühakiməsi məsələsində eyni qərarlılıqla hərəkət etməlidir. Terroru hər hansı bir din və ya etnik qrupla əlaqələndirmək tamamilə yanlışdır və bu yanaşma terrorçuların məqsədlərinə xidmət edir.

Ötən gün Türkiyə aviasiya və kosmos sənayesinin lider şirkətlərindən biri, ölkənin müdafiə sənayesi sahəsinə bir çox ilki qazandıran TUSAŞ-ın Ankaradakı müəssisəsində törədilən terror aktı isə ölkənin terrorizmlə mübarizəsinin keçmişdən alınan dərslər əsasında daha da gücləndirərək davam etdirəcəyini göstərir.

Dünənki hadisə bir daha göstərdi ki, bu gün dünyanın harasında olmağımızdan asılı olmayaraq, necə deyərlər, təkcə yanlış zamanda, yanlış yerdə olmağımız hər birimizi potensial terror qurbanı edir. Məhz dünən həyat yoldaşının göndərdiyi gülü almaq üçün TUSAŞ-ın binasının önünə çıxan şirkətin mexanika mühəndisi Zahide Güçlü kimi.

Bütün bunlar terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da ön plana çıxarır. Lakin bu gün terror təşkilatlarının liderləri, terror cinayətlərini törədənlər, onların himayədarları və maliyyəçilərinin dünyanın müxtəlif bölgələrində, xüsusilə ABŞ və Qərb ölkələrində sərbəst hərəkət edə bilməsi bunun tam əksini sübut edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər