Türkiyə xarici işlər nazirinin ABŞ-a səfəri təxirə salınıb
Bakı, 15 mart, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a martın 19-na planlaşdırılan səfərinin tarixi dəyişdirilərək daha gec bir vaxta keçirilib. Səfər əsnasında o, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşməli idi.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat diplomatik mənbələrdən alınıb. Səfər zamanı əsasən Menbiç mövzusunun gündəmə gəlməsi gözlənilirdi.
Mövlud Çavuşoğlu bundan öncə Moskvada olarkən Tillersonun istefasının nəzərdə tutulan görüşün keçirilməsini, o cümlədən Suriyanın şimalında yaranan vəziyyətin müzakirəsi üçün martın 19-na planlaşdırılan ABŞ-Türkiyə məsləhətləşmələrini sual altına aldığını demişdi.
Xatırladaq ki, martın 13-də ABŞ Prezidenti Donald Tramp dövlət katibi Tillersonu istefaya göndərib, onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeonun namizədliyi irəli sürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]