Türkiyədə avtobusun qəzaya uğraması 7 nəfərin ölümünə səbəb olub
Ankara, 3 may, AZƏRTAC
Türkiyənin Tokat vilayətinin Reşadiye rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, sərnişin avtobusunun aşması nəticəsində ən azı 7 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.
Sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayan avtobusdakı sərnişinlər yas mərasimindən qayıdan şəxslər olublar.
Hadisə ilə bağlı təhqiqat aparılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]