Türkiyədə kafenin damı çöküb, ölən və yaralananlar var
İstanbul, 3 fevral, AZƏRTAC
Türkiyənin Bitlis bölgəsinin Hüsrevpaşa məhəlləsində fəaliyyət göstərən bir kafenin dam örtüyü üstünə yığılan qarın ağırlığına tab gətirməyərək çöküb. Hadisə nəticəsində 8 nəfər dağıntılar altında qalıb.
AZƏRTAC xəbər verir ki, hadisə baş verən əraziyə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib. Dağıntılar altından 1 nəfərin cəsədi çıxarılıb, daha 7 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]