Türkiyədə koronavirusdan bir gündə 98 nəfər dünyasını dəyişib
Ankara, 13 aprel, AZƏRTAC
Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus Türkiyədə daha 98 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 1296 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, aprelin 13-də ölkə üzrə 34 min 456 nəfər üzərində test aparılıb. Onlardan 4 min 93 nəfərində infeksiya aşkarlanıb.
İndiyədək testdən keçirilənlərin ümumi sayı 410 min 556 nəfərə çatıb. Ümumilikdə 61 min 49 nəfər müalicəyə cəlb olunub. Hazırda 1786 nəfər reanimasiyadadır. İndiyə qədər 3957 nəfərin müalicəsi uğurlu olub. Onların 511 nəfəri bu gün evə buraxılıb.
Qeyd edək ki, hökumət infeksiyanın yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib ki, aprelin 17-də yerli vaxtla 00:00-dan aprelin 19-u 00:00-dək yenə də Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər daxil olmaqla 31 vilayət üzrə komendant saatı tətbiq olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]