TÜRKİYƏLİ QONAQLAR BAKI SLAVYAN UNİVERSİTETİNDƏ
Görüşün ilk günü onlar burada fəaliyyət göstərən tədris-mədəniyyət Mərkəzində olmuş, müəllim-tələbə heyəti ilə görüşmüşlər. Mehmet Aktekin Ağdəniz Universiteti haqqında ətraflı məlumat vermişdir.
İyunun 14-də BSU ilə Ağdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin gün qonaqlar Qurtuluş gününə həsr olunmuş tədbirdə də iştirak etmişlər. BSU-nun tədris işləri üzrə prorektoru, professor Asif Hacıyev tədbiri açaraq Heydər Əliyevin şəxsiyyəti, Azərbaycan üçün gördüyü böyük işlərdən danışaraq Müstəqil Azərbaycanın da yaradıcısının məhz ulu öndərimiz olduğunu diqqətə çatdırmışdır.
Mehmet Aktekin Heydər Əliyev şəxsiyyətini Atatürk dühası ilə müqayisə etmiş, səfəri müddətində ümummilli liderimizin böyük sevgi və məhəbbətlə anıldığının şahidi olduğunu vurğulamışdır.
Tədbirdə Qurtuluş gününün tarixi əhəmiyyətindən və onun xalqımızın həyatındakı mühüm rolundan ətraflı söz açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]