TÜRKİYƏNİN BAŞ NAZİRİ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA SONADƏK MÜBARİZƏ APARILACAĞINI BİLDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bütün dünyada böyük əks-səda doğuran “Ergenekon” təhqiqatı ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında çıxış edən Baş nazir Rəcəb Tayyib Ərdoğan bu prosesləri İtaliyadakı mafiya əleyhinə məşhur “Təmiz əllər” əməliyyatına bənzətmişdir.
Türkiyədə mütəşəkkil cinayətkarlıqla mübarizənin sonadək davam edəcəyini bir daha vurğulayan Baş nazir demişdir ki, bir vaxtlar İtaliyada mafiyaya qarşı mübarizə aparılarkən cəmiyyətdə “bu cür əməliyyat bizdə nə zaman aparılacaqdır” çağırışları vardı. Bəzi qüvvələrin bundan narahat olması da anlaşılmazdır - deyən Rəcəb Tayyib Ərdoğan onu da əlavə etmişdir ki, “soyuq müharibə” dövründən qalan yanlış düşüncələr və qanundankənar hərəkətlərə artıq son qoyulmalıdır.
Bu arada, Türkiyənin hüquq mühafizə orqanları “Ergenekon” təhqiqatı üzrə iddianamənin iyulun 11-dək hazır olacağını bəyan etmişlər. “Sabah” qəzetinin yazdığına görə, iddianamədə keçmiş Baş nazir Tansu Çillərin qurduğu “Xüsusi Çillər dəstəsi”nin üzvü olan və bir çox cinayətlərdə, o cümlədən Azərbaycandakı OMON-çuların qiyamı kimi xatırladığımız uğursuz çevriliş cəhdində barmağı olan Osman Gürbüz və digərlərinin də adları vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
- 13.06.2026 [05:44]
Dünyanın ən təhlükəli 7 vulkanı
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]