Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN ÇIXIŞI

- Hörmətli prezidentlər,

Dünya enerji ictimaiyyətinin hörmətli nümayəndələri,

Xanımlar, cənablar!

Sizləri bu mənalı gündə ən səmimi hisslərlə salamlayıram.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rəsmi açılış mərasimi münasibətilə siz dəyərli qonaqlarımızla bir araya gəlməkdən böyük xoşbəxtlik hissi keçirdiyimizi xüsusi vurğulamaq istəyirəm. Bu mənalı günü bizimlə bölüşən hər bir kəsə təşəkkür edirəm.

Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gerçəyə çevrildiyinin şahidi oluruq. Bakı-Tbilisi-Ceyhan bir mühəndislik əsəri olmaqla yanaşı, ekoloji baxımdan da uğur nümunəsidir. Bakı-Tbilisi-Ceyhan bölgənin ekologiyasını dəyişdirəcək strateji bir layihədir. Bu layihə “XXI əsrin İpək Yolu” adlandırılan Şərq-Qərb enerji dəhlizinin ən mühüm xəttini təşkil etməkdədir. Bölgəmizin həm sabitliyi, həm də iqtisadi və sosial inkişafı baxımından son dərəcə taleyüklü layihədir.

Dəyərli qonaqlar, müasir dövrdə enerji təminatının təhlükəsizliyi təmin edilmədən rifah, sabitlik, iqtisadi və sosial inkişaf mümkün deyildir. 2030-cu ilədək dünyada enerji tələbatının 60 faiz artacağı gözlənilir. Bunu nəzərə aldıqda, Xəzər neftini beynəlxalq bazarlara fasiləsiz və təhlükəsiz bir şəkildə çatdıracaq Bakı-Tbilisi-Ceyhan kəmərinin bölgə və qlobal baxımdan əhəmiyyəti daha da aydınlaşır. Bakı-Tbilisi-Ceyhan neft kəməri Qərb ölkələrinin Xəzər hövzəsinin ehtiyatlarına birbaşa çatması baxımından da strateji əhəmiyyətə malikdir. Kəmər gündəlik 1 milyon barrel, illik 50 milyon ton buraxılış qabiliyyəti ilə dünya enerji təhlükəsizliyinə ciddi töhfələr verəcəkdir. Eyni zamanda, o, Türkiyə boğazlarının təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir və bu da bizim üçün çox mühümdür. Bu layihə ekoloji baxımdan böyük təhlükə yaradan neft tankerlərinin boğazlardan keçməsini azaldacaqdır.

Türkiyə olaraq biz bir tərəfdən, enerji mənbələrinin müxtəlifləşdirilməsi istiqamətində işlərimizi davam etdirir, digər tərəfdən də, coğrafi mövqeyimizdən istifadə edərək, hasilatçı ölkələrlə istehlakçı ölkələr arasında etibarlı enerji dəhlizləri yaratmaq məqsədi güdürük. Ceyhan terminalını bir enerji mərkəzinə çevirmək istəyirik. Bakı-Tbilisi-Ceyhan bizi bu məqsədə çatdıracaq ən mühüm layihədir. İyunun 4-də ilk neftini tankerə doldurduğumuz neft kəmərinə Qazaxıstanın da qoşulması ilə layihə daha da səmərəli olmuşdur. Aktau–Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Qazaxıstan neftinin Aralıq dənizinə çatdırılması, inanıram ki, qardaş Qazaxıstanla əlaqələrimizi daha da gücləndirəcəkdir.

Dəyərli qonaqlar, 2030-cu ildə Avropa Birliyinin təbii qaza olan tələbatının 70-80 faiz artması gözlənilir. Bu tələbatın bir hissəsinin Azərbaycanın “Şahdəniz” təbii qazı ilə və bölgədəki digər mənbələrdən təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, son hadisələr çərçivəsində Avropa Birliyinin enerji mənbələrinin müxtəlifləşdirilməsi üçün işlərin sürətləndirilməsi Türkiyənin bu baxımdan daha mühüm mövqeyə malik olması ilə nəticələnmişdir. Türkiyə təbii qaz təchizatında Rusiya, Norveç və Əlcəzairdən sonra Avropa Birliyi üçün dördüncü arteriya kimi qiymətləndirilmişdir. Bu səbəbdən dost və qonşu ölkələrlə inkişaf etdirdiyimiz Şərq-Qərb enerji dəhlizi, sadəcə, bölgə ölkələri üçün yox, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və digər istehlakçı ölkələr üçün də böyük əhəmiyyət kəsb edir. Dəhlizin ikinci qolu olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, nəzərdə tutulduğu kimi, 2006-cı ilin sonunda istifadəyə verilməsi, beləliklə, “Şahdəniz” qazının Türkiyəyə çatdırılması mühüm uğur olacaqdır. Son hadisələr Qazaxıstan və Türkmənistanın zəngin qaz ehtiyatlarının da bir hissəsini Avropaya çatdıracaq transxəzər qaz kəməri layihəsini ön plana çıxarmışdır. Qazaxıstan və Türkmənistan qazını Qərb bazarlarına çıxaracaq layihə bu iki ölkənin qlobal enerji təhlükəsizliyinin inkişafında oynadığı rolu da möhkəmləndirəcəkdir.

Çoxçalarlı enerji strategiyamız İraqın zəngin təbii qaz ehtiyatlarından istifadəni də əhatə edir. İraq təbii qazının qarşıdakı illərdə Kərkük-Yumurtalıq neft kəmərinə paralel çəkiləcək bir kəmərlə Ceyhana çatdırılmasını nəzərdə tuturuq. Eyni zamanda, Ceyhanda tikiləcək bir terminal vasitəsilə bölgənin təbii qazının Avropadan da o tərəfə, Amerika Birləşmiş Ştatlarının şərqinə qədər çatdırmaq məqsədi güdürük. Xəzər və Yaxın Şərq təbii qazını Türkiyə vasitəsilə Avropa Birliyi bazarlarına çatdıracaq Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin inşası üçün işlər davam edir. Türkiyə-Yunanıstan xəttinin inşası sürətlə davam edir və 2006-cı ilin sonlarında başa çatmasını nəzərdə tuturuq.

Onu da demək istəyirəm ki, biz həm ölkələrimiz, həm də Avropa ilə Asiya arasındakı nəqliyyatın inkişafına böyük əhəmiyyət veririk. Mal və xidmətlərin daha sürətlə və daha ucuz daşınması prioritet vəzifələrimizdən biridir. Bu çərçivədə Şərqlə Qərb arasında nəqliyyat əlaqəsini daimi edəcək Qars-Tbilisi-Bakı dəmir yolunu tezliklə həyata keçirmək üçün səy göstəririk və bu məsələdə qətiyyətliyik. Şərq-Qərb dəhlizinin nəqliyyat qolunu təşkil edən bu layihə həyata keçirildikdə, Türkiyə, Cənubi Qafqaz və Orta Asiyanı bir–birinə bağlayacaqdır. Bu layihə, eyni zamanda, Qafqazda geniş və irimiqyaslı bir əməkdaşlıq magistralının yaradılmasına da imkan verəcəkdir.

Dəyərli dostlar, burada bir daha vurğulamaq istəyirəm ki, söhbət sadəcə, xalqlarımızın həyat səviyyəsini yüksəldəcək bir enerji dəhlizinin yaradılmasından, şəhərlərimizi və insanlarımızı işıqlandıracaq və isindirəcək, inkişaf etdirəcək bir layihədən getmir. İnşa etdiyimiz neft kəmərləri enerji ehtiyatlarının nəqli ilə yanaşı, çox mühüm bir mesaj da daşıyır.

O da bu layihələri həyata keçirmək üçün etdiyimiz çoxtərəfli və çoxçalarlı əməkdaşlığın xarakterində gizlənibdir. Məncə, bu mesaj, kodunun açıqlanmasına ehtiyac duyulmayacaq dərəcədə aydındır. Bu enerji dəhlizi xalqlarımız və dövlətlərimiz arasında möhkəm sülh və dostluq dəhlizinin açılması mənasını da daşıyır. Mən əməkdaşlığımızın ortaya çıxardığı bu enerji dəhlizini qlobal miqyasda gündən-günə daha çox ehtiyac duyduğumuz təbii qaz qədər, yanacaq qədər, elektrik qədər həyati əhəmiyyət kəsb edən bir sabitlik və rifah dəhlizi kimi görürəm.

Türkiyə olaraq biz Şərq-Qərb enerji dəhlizi ilə yanaşı, Şimal–Cənub xətti çərçivəsində də əməkdaşlığa böyük əhəmiyyət veririk. 2010-cu illərdə Qara dənizə çatdırılacaq böyük həcmlərdə Rusiya və Qazaxıstan neftinin Aralıq dənizi vasitəsilə istehlakçı bazarlarına daşınmasını təmin edəcək Samsun-Ceyhan neft kəməri də ən qısa müddət ərzində inşa olunacaqdır. Bu layihə ilə əlaqədar ilk mərhələdə bir türk şirkəti ilə İtaliyanın qabaqcıl şirkətlərindən birinin lisenziya üçün müştərək müraciətləri qəbul edilmişdir. Şimali Xəzər bölgəsində və Rusiyada fəaliyyət göstərən digər neft şirkətlərinin də layihədə iştirak etməsi bizi məmnun edir. Samsun-Ceyhan neft kəməri Qara dənizə çatdırılacaq nefti iqtisadi və ekoloji cəhətdən ən əlverişli şəkildə Aralıq dənizinə çıxaracaqdır. Eyni zamanda, boğazlarımız və gözəl İstanbulumuz üçün təhlükə yaradan tanker magistralının da qismən yüngülləşdirilməsi təmin ediləcəkdir. Bu səbəbdən layihənin həyata keçirilməsi üçün hökumət olaraq əlimizdən gələni etməyə hazırıq.

2010-cu illərdə İraq, Azərbaycan, Rusiya və Qazaxıstan neftinin çatdırılacağı Ceyhan terminalı hər gün müxtəlif ölçülərdəki tankerlərə fərqli xüsusiyyətlərə malik nefti doldurmağa hazır olacaqdır. Bu, hamı üçün böyük bir üstünlükdür. Təhlükəsiz bir bölgədə yerləşən terminalın bir enerji supermarketinə çevrilməsi Avropanın enerji təhlükəsizliyi baxımından da son dərəcə mühümdür.

Burada bir həqiqəti də vurğulamaq istəyirəm. O da enerji daşıyıcılarına tələbatımızın 20 il ərzində 60 faiz artacağının gözlənilməsidir. Bu tələbatın ödənilməsi üçün böyük miqyaslı sərmayə qoyulmalıdır. Bu səbəbdən istər yerli, istərsə də beynəlxalq sərmayədarlar üçün münasib bazar şərtləri yaratmaq istiqamətində mühüm addımlar atmışıq. Sərmayədarlara ən əlverişli investisiya imkanları yaratmaq üçün səy göstəririk. Qarşıdakı dövrdə ortaya çıxacaq enerji tələbatını ödəyə bilmək üçün atom enerjisi məsələlərinin də gündəliyimizdə olduğunu xüsusilə vurğulamaq istəyirəm. Bütün bu işlər Avropa Birliyinə daxil olmaq prosesinə mühüm töhfələr verəcəkdir.

Enerji bazarını sərbəstləşdirərək daha şəffaf etməyimiz qlobal sərmayədarlar üçün də həvəsləndirici olacaqdır. Hazırda bu sərmayələri müxtəlif maliyyə modellərindən istifadə edərək, sizlərlə birlikdə həyata keçiririk və həyata keçirə bilərik. Beynəlxalq sərmayədarlar üçün əlverişli bir bazara çevrilən enerji bazarımıza lazımi diqqəti göstərəcəyinizə inanıram.

Dəyərli qonaqlar, nəticə etibarilə qlobal enerji təhlükəsizliyi baxımından üzərimizə götürdüyümüz taleyüklü rolu dərk edirik. Bu məsələdə üzərimizə düşən vəzifələri yerinə yetirməkdə qətiyyətliyik. Enerji mənbələrinin hər birini əməkdaşlıq amili kimi qəbul edərək, bu sahədə beynəlxalq dialoq və əməkdaşlığa əhəmiyyət veririk. İstər bölgəmizdə, istərsə də dünyada sülh, sabitlik və rifaha töhfə verəcək Bakı-Tbilisi-Ceyhan kəmərinin buna bənzər layihələr üçün nümunə olacağına inanır, onun həyata keçirilməsində zəhməti olan hər kəsə təşəkkür edirəm. Bir az əvvəldə dediyim kimi, bu dəhlizlə nəql ediləcək enerjidaşıyıcılarının şəhərlərimiz qədər xalqlarımızın bir-birinə baxışlarını da işıqlandıracağına, qəlblərimizi isidəcəyinə, dostluq əlaqələrimizi daha da dərinləşdirəcəyinə inanıram. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə, Azərbaycan, Gürcüstan və iştiraka dair sazişi imzalayan Qazaxıstan üçün xeyirli olmasını, xalqlarımızın təhlükəsizlik və rifahına töhfə verməsini arzulayır, sizləri bir daha hörmətlə salamlayıram.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

Sonra Gürcüstan Prezidenti Mixail Saakaşviliyə söz verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır