Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN NİTQİ

- Çox hörmətli cümhurbaşqanlarımız!

Çox hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirak etməkdən, çox hörmətli Prezident İlham Əliyevin qonağı kimi dost və qardaş Azərbaycana gəlməkdən duyduğumuz məmnunluğu xüsusi ifadə edərək sözlərimə başlamaq istəyirəm.

Türk dövlət və cəmiyyətlərinin nümayəndələrini, müxtəlif coğrafi məkanlardan şövq və sevinclə Bakıya gələrək, qardaş xalqlar arasında əməkdaşlığı gücləndirən bu qurultayda iştirak edən bütün dostlarımızı səmimi qəlbdən salamlayıram.

Bu qurultayların keçirilməsinə səbəbkar olan mərhum Heydər Əliyevi, Alparslan Türkeşi rəhmət və ehtiramla anıram.

Buradan Aşqabada, Daşkəndə, Buxaraya, Səmərqəndə, Almatıya, Bişkekə, Lefkoşaya, Ankaraya, Kərkükə “Salam olsun!” deyirəm. Buradan bütün insanların xoşbəxtliyi, səadəti, ədalətin, mərhəmətin, haqqın səsi yüksəlsin və inşallah, bu səs bütün insanlığın vicdanında yer alsın deyirəm.

Keçən il Antalyada keçirilən X qurultaydan sonra indi XI qurultayın qardaş ölkədə, Azərbaycanda keçirilməsini təmin edən dəyərli qardaşım Cümhurbaşqanı Əliyevə və bu qurultayın gerçəkləşməsində əməyi olan hər kəsə öz adımdan və millətim adından təşəkkür edirəm.

Türkiyə ilə Azərbaycan arasındakı əbədi əlaqələrin memarlarından olan böyük dövlət xadimi və siyasi xadim Heydər Əliyevin Türkiyə və Azərbaycan barədə “Biz bir millət, iki dövlətik” kəlamı bu gün yenidən burada dəfələrlə səsləndirilir. Bu, bizim üçün xüsusi qürur mənbəyidir. Eynilə bütün cümhuriyyətimizin qurucusu Atatürkün sözləri, bir az əvvəl hörmətli Cümhurbaşqanımızın da dəyərli qardaşlarımızın qarşısında ifadə etdiyi “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamı dostluğumuza və gələcəyimizə işıq salmaqdadır. Bunlar bizim əlaqələrimizi möhkəmləndirir, bizi bir-birimizə daha güclü tellərlə bağlayır.

Dəyərli qardaşlarım, dostlarım!

Geniş bir coğrafiyada yerləşən ölkələrimiz və qardaş cəmiyyətlərimiz tarixin dərinliyindən gələn yaxın, güclü və sarsılmaz tellərlə bir-birinə bağlıdır. Bu qardaşlığımız köklərini qədim dəyərlərimizdən, dərin tarixi, mədəni və insani əlaqələrdən almaqdadır. Bizləri birləşdirən bu əlaqələr həm də ölkələrimizə böyük imkanlar bəxş etməkdədir. Tarixi hadisələr keçmişdə bu əlaqələrimizin ortaya çıxmasını əngəlləmiş və aramıza sərhəd qoymuşdursa da, xoşbəxtlikdən, bu gün tarixi imkanlarla üz-üzəyik. Bunları dəyərli qardaşım Əliyev bir az öncə açıqladı.

Əldən verdiyimiz fürsətləri nəzərdən keçirərək, yeni bir dirçəliş məşəli yandırmağımızın qarşısında heç bir əngəlin olmadığını yaxşı bilməli və önümüzdəki tarixi fürsəti tarixi imkana çevirməliyik. Bunun üçün təməlində qardaşlıq duran əlaqələrimizi canlandıraraq əməkdaşlığımıza bəraət qazandırmalı, xalqlarımız arasındakı yaxınlığı gücləndirərək sosial, mədəni və iqtisadi baxımdan yenidən yüksəlişə nail olmalıyıq.

Dünəndən bu günə, son 15 ildə keçdiyimiz yol açıq şəkildə göstərmişdir ki, bir-birimizə qovuşmağı əngəlləyən maneələrin artıq hamısı aradan qalxmışdır. Birlikdə quracağımız yeni bir dünya və aydın gələcək bizləri gözləyir. Bu gələcəyimizin memarı yenə bizlər olacağıq. Biz hərtərəfli inkişaf və qardaşlıq əlaqələrimizi gücləndirdikcə, yeni və sağlam körpülər yaratdıqca, hər zaman hörmətlə andığımız atalarımızın röyalarını da gerçəkləşdirmiş olacağıq. İndi hamımızı bir araya gətirən, siyasətçisi, sənətçisi, elm adamı və tələbəsi ilə ölkələrimizi əlaqələndirən bu cür qurultaylar ortaq gələcək cəmiyyətimizin yaradılmasında əsas dönüş nöqtəsidir. Xüsusilə burada aparılan müzakirələrə və irəli sürülən birgə fikirlərə, göstərilən hədəflərə böyük dəyər verdiyimizi qarşınızda bir daha söyləməkdən böyük şərəf duyuram.

Əziz qardaşlarım, diqqətinizi xüsusilə yaxın ətrafımızda meydana çıxan hadisələrə yönəltmək istəyirəm. Bütün dünyada siyasi, iqtisadi inkişafla yanaşı, əsasən İraqda, Yaxın Şərqdə yaşananlarla bağlı daha ayıq olmalı, hadisələrdən mühüm nəticələr çıxarmalıyıq. Müştərək yaşadığımız coğrafiyada və ya digər yerlərdə meydana çıxan hadisələr bütün türk dünyasını da maraqlandırmalıdır. Bu hadisələrə münasibət göstərməliyik. Göstərmədiyimiz təqdirdə, bizi ağır nəticələrlə üz-üzə qoyacaq hadisələr baş verə bilər.

Keçən həftə Amerika Birləşmiş Ştatlarına səfərim zamanı da söylədiyim kimi, Qarabağ məsələsi bunların içində, bəlkə də, ən ağır yaralardan biridir. Bəli, Qarabağ hamımızın qanayan yarasıdır. Burada bizlərə ev sahibliyi edən dəyərli qardaşlarımızın torpaqlarının önəmli bir hissəsi qonşu dövlətin işğalı altındadır. 1 milyondan çox qardaş və bacılarımız bu haqsız işğalın nəticəsində öz ölkəsində məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu acı vəziyyət hamımızın ürəyini sızlatsa da, beynəlxalq aləmin biganə qaldığı aşkar bir haqsızlıqdır. Ortada oynanan bir oyun var. Bölgəmizdə sülhün, təhlükəsizliyin, rifahın və əməkdaşlığın hakim olması üçün ən əsas şərtlərdən biri Ermənistanın bu işğala son qoyması, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllidir.

Ortada Amerikanın, Fransanın və Rusiyanın həmsədr olduğu Minsk qrupu var. Yaxşı, indiyə qədər verilmiş mühüm bir qərarı varmı ki, haqlısınız?! Amma yoxdur. Ermənistan beynəlxalq dəyərlərə, insan haqlarına, qonşuluq əlaqələrinə, heç bir hüquqi davranışa sığmayan bu qəbuledilməz vəziyyətə və haqsız işğala dərhal son qoymalıdır. Türkiyə bu məsələdə hər zaman can qardaşı Azərbaycanın yanında olmuşdur. Bundan sonra da yanında olacaqdır.

İraqdakı türkman qardaşlarımızın da vəziyyəti açıq şəkildə ortadadır. Orada da eyni sıxıntı yaşanmaqdadır. Heç kim oradakı türkman qardaşlarımızın düşdüyü vəziyyəti gündəmə gətirmir. Şimali Kipr Türk Cümhuriyyətində yaşayan türklər uzun illərdir ədalətli mücadiləsinə, xoşniyyətli çözüm çalışmasına rəğmən blokadaya məruz qalmaqdadır. Bununla bağlı beynəlxalq toplantılarda görüşlər, müzakirələr keçirilmişdir. Bizə söz vermişlər. Elə söz vermişlər ki, - nümunə ən son yaşadığımız zamanda çox açıq və aydındır, - 2004-cü ilin aprel ayında keçiriləcək referendumda müsbət nəticə çıxarın, amma qalan işlərə qarışmayın. Şimali Kipr xalqı bu vədi yerinə yetirmiş, müsbət nəticə çıxarmışdır. Güney Kipr isə “Annan planı”na “yox” demişdir. Amma Güney Kipri mükafatlandırdılar, Şimali Kipri cəzalandırdılar. Baxın, bunların səmimiyyəti, dürüstlüyü budur. Mən bunu özlərinə söylədiyim üçün burada da açıq deyirəm. Yəni burada söyləyirəm, ancaq onların özlərinə söyləmirəm kimi deyil. Məhz onların özlərinə dediyim üçün burada açıq söyləyirəm və hər görüşdə də bunu deyirəm. Deyirəm ki, səmimiyyət üzrə testdə sinifdə qaldınız.

Balkan yarımadasında və ya müştərək coğrafiyamızın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın sıxıntıları hamımızın ümumi dərdidir. Keçən ay Balkan yarımadasında, Rumıniyada idim. Rumıniyada yaşayan soydaşlarımıza baş çəkdim, dağlara qədər getdim, orada onlarla bir yerdə oldum. Gördüm ki, eyni dərd, eyni qəm orada da davam edir. Bütün bu məsələlərin öhdəsindən gəlməyimiz üçün bir yol var. O da hər zaman söylədiyimiz kimi, aramızda daha sıx işbirliyinin, sürətli inkişafın olmasıdır.

Dəyərli cümhurbaşqanları!

Hörmətli iştirakçılar!

Hörmətli xanımlar və cənablar!

Əsrimiz həmrəylik əsridir. İşbirliyi və həmrəylik bu gün üçün bəlkə də çox artmaqda olan böyük imkanlarımızı həyata keçirmək fürsəti yaradacaqdır. Biz bir-birimizin təbii ortaqlarıyıq. Tariximizə, mədəniyyətimizə, inancımıza söykənərək, aramızdakı əməkdaşlıq potensialını hərəkətə gətirməliyik. Məhz bu qurultay da bu məsələləri hərtərəfli, vahid mövqedən yanaşaraq müzakirə etmək, dəyərləndirmək imkanı yaradacaqdır. Bugünkü dünyada uğur qazanmağın yolu, əsasən əməkdaşlıq və həmrəylik içində yaşamaqdan keçir. Biz həmrəylik içində olmasaq, halımız necə olar?! Bizi parça-parça edərlər. Ona görə də biz həmrəylik içində yaşayacağıq.

Özümüzü dünyadan təcrid etməklə hədəflədiyimiz yerə gəlməyimiz mümkün deyildir. Bu məqsədlə demokratikləşmə, qanunun aliliyi, şəffaflıq, yaxşı idarəetmə, əsas insan hüquq və azadlıqlarının genişləndirilməsi, regional və qlobal inteqrasiya səylərini gücləndirmək gələcək baxışlarımızın təməli olmalıdır. Ortaq bölgəmiz olan Avrasiyanın insan və təbii ehtiyatları bütün problemlərin həllinə imkan verəcək həcmdədir. Rəqabət əvəzinə əməkdaşlıq ruhunun hakim olması hamımızın xeyrinə olacaqdır. Bu günə qədər qardaş xalqlar arasında mühüm addımlar atmağa, əlaqələri irəliyə aparmağa səy göstərmişik. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsinin bir çox cəhətdən nümunə götürülməsinin vacib olduğunu vurğulamaq istəyirəm. Türkiyə ilə Azərbaycan arasında son illərdə həyata keçirilən və bir zamanlar xəyal belə edilməsi mümkün olmayan böyük layihələr hazırda əməkdaşlıq və həmrəyliyin ən parlaq nümunəsidir. Keçən il istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, yaxın vaxtlarda tam həcmdə fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və indi, inşallah təməlini qoymağa hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir yolu xətti - ölkələrimizi yaxınlaşdıran tellərə misal göstərilən bu layihələr Asiya ilə Avropanı, Şərq ilə Qərbi bir-birinə yaxınlaşdırmaqda iştirakçı ölkələrin iqtisadi inkişafını gücləndirir və geostrateji önəmlərini artırır.

Eyni zamanda qloballaşmada önəmli olan bu layihələrin daha geniş bir məkanda bütün qardaş xalqlarımızın iştirakına açıq olaraq, bölgəmizin rifahını, əməkdaşlığını və sabitliyini artırmasını birlikdə düşünməyimiz və qiymətləndirməyimiz gərəklidir. Keçirdiyimiz son qurultayda vurğuladığım kimi, necə ki, ingilis dilində danışan ölkələr, fransızca danışan ölkələr, ispanca danışan ölkələr öz aralarında eyni dil və mədəniyyət ətrafında bir araya gəlirlər, bizlər də xarici siyasətdə əlaqəli şəkildə belə bir iş görə bilərik. Gözəl dilimizi danışan türkdilli dövlətlər topluluğu həm beynəlxalq səviyyədə xalqlarımızın mənafelərini daha yaxşı qorumağımıza imkan verəcək, həm də sülh və sabitliyi möhkəmləndirəcəkdir. Bu çərçivədə vahid dil istiqamətində çalışmaları da artırmalıyıq. Ortaq tariximizin yenidən yazılması və bu müştərək tarixin dərslik kimi oxudulması üzərində dayanılmasının bir mövzu olduğunu təkrar xatırlatmaq istəyirəm. Türk cümhuriyyətləri arasında hər cür əməkdaşlığın daha planlı və əlaqəli olmasının, başqa sözlə təsisatlı hala gəlməsinin vaxtı gəlmişdir. Bu məqsədlə mən türkdilli ölkələrin dövlət başçıları zirvəsinin daimi bir katibliyinin yaradılmasını bu qurultayda təklif edirəm. Bu daimi katiblik nə etdik, nə edirik, nə edəcəyik - bunu daim izləməli və bizləri sonrakı qurultaya hazırlamalıdır. Digər tərəfdən, Antalyada türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə Qazaxıstan Prezidenti hörmətli Nursultan Nazarbayev tərəfindən dilə gətirilən parlamentlərarası şuranın və məşvərət şurasının yaradılması istiqamətində də işlərə başlamalıyıq.

Dəyərli dostlar!

Gələcək barədə dəyərli qardaşlarımla paylaşdığım baxışları gerçəkləşdirə bilmək yenə bizlərin əlindədir. Bunu edə bilmək üçün gücümüzün, bacarığımızın və ən başlıcası, iradəmizin olduğuna əminəm. Gələcəkdə bugünkündən daha yaxın, daha güclü və sağlam əlaqələr və əməkdaşlıq içində olacağımıza da eyni şəkildə inanıram. İnanın, bunu gerçəkləşdirə bilməsək, gələcək nəsillərə heabat verə bilmərik. Ortaq gələcəyimizi qura bilməyimiz üçün bu qurultay kimi ortaq forumlarda qəbul edilən qərarları, bəlkə addım-addım, amma real və qətiyyətli bir şəkildə həyata keçirə bilməliyik. Burada qəbul olunacaq qərarlar, yaradılacaq ortaq baxış biz idarəedənlər üçün yolgöstərici və işıq olacaqdır. Bu müddətdə dəstəyimizi heç bir zaman əsirgəməyəcəyimizi, daim çalışmalarımızda iştirak edəcəyimizi açıq şəkildə bildirməkdən məmnunluq duyuram.

Hörmətli cümhurbaşqanları!

Dəyərli qardaşlarım!

Hörmətli qonaqlar!

Burada iştirak edən bütün dəyərli qonaqlar bilir ki, başqalarının xəyal belə edə bilmədiyini türk topluluqları gerçəkləşdirməyə qadirdir. Bunu keçmişdə bacardıq, indi də bacara bilərik. Ortaq tariximizdə olduğu kimi, bundan sonra seyr edən və ya izləyən deyil, öndə gedən, təyin edən olmalıyıq, olacağıq. Başqa çarəsi yoxdur.

Yəni bu topluluqlar gündəliyi müəyyən edilən yox, gündəliyi müəyyən edən topluluqlar olmalıdır. Çünki lider ölkələr və ya lider ölkə olmağın yolu buradan keçər. İnşallah bizlər də həsəd aparılan ölkələr olacağıq. Bunu burada iştirak edən və ya burada olmasa da könlü, ruhu və vicdanı bizlərlə olan bütün qardaşlarımız edəcəklər. Bu yöndə qətiyyətli addımlar atdığımız təqdirdə bugünkündən daha gözəl günləri birlikdə yaşayacağıq. Bu arzu və inancımı təkrar vurğulayaraq, sizləri hərarətlə qucaqlayır, sizin vasitənizlə digər türk ellərindəki qardaşlarıma salamlarımı göndərir, ev sahibinə - qardaş Azərbaycanın Prezidentinə və qurultayın gerçəkləşməsinə töhfə verən bütün qardaşlarıma bir daha öz adımdan və millətim adından təşəkkürümü bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub