TÜRKİYƏNİN MİLLİ BAYRAMI
Türkiyə Respublikası oktyabrın 29-da Cümhuriyyət bayramını böyük sevinc və ruh yüksəkliyi ilə qeyd etmişdir. Türkiyənin Prezidenti Əhməd Necdət Sezər, Böyük Millət Məclisinin sədri Ömər İzgi, baş nazir Bülənd Ecevit, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, ordu generalı Hilmi Özkök, hökumət üzvləri, parlamentin deputatları, siyasi partiyaların rəhbərləri, yüksək rütbəli hərbçilər Anıtqəbirə əklil qoyaraq, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Prezident Əhməd Necdət Sezər Türkiyə Böyük Millət Məclisinə gələrək, burada siyasi partiyaların, ictimai təşkilatların, yaradıcı ittifaqların nümayəndələrinin və ölkədə akkreditə olunmuş səfirlərin təbriklərini qəbul etdi.
Elə həmin gün Atatürk Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda hərbi parad və vətəndaşların bayram nümayişi keçirildi.
X X X
Türkiyə Cümhuriyyətinin 79-cu ildönümünü İstanbulda da təntənəli surətdə qeyd olunmuşdur.
Taksim meydanında Atatürkün heykəli önünə əklil qoyulması ilə başlayan bayram tədbirləri Vətən prospektində davam etdi. Ordu hissələrinin paradı, idmançıların maraqlı çıxışları alqışlarla qarşılandı. Rəsmi tədbir vətəndaşların bayram yürüşüylə sona çatdı.
X X X
Əlamətdar bayram münasibətilə ölkənin hər yerində konsertlər, sərgilər, təntənəli mərasimlər, idman yarışları, ədəbi-musiqili gecələr keçirilmişdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]