Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Türkiyənin Suriya sərhədi boyunca təhlükəsizlik bölgəsinin qurulması mühüm əhəmiyyət daşıyır

Türkiyənin Suriya sərhədi boyunca təhlükəsizlik bölgəsinin qurulması mühüm əhəmiyyət daşıyır

Ankara, 8 oktyabr, AZƏRTAC

On ilə yaxındır davam edən Suriya böhranı ilə əlaqədar gərginlik gündən-günə daha da dərinləşir. Böyük dövlətlər və beynəlxalq təşkilatlar münaqişə ilə bağlı davamlı olaraq narahatlıqlarını ifadə etsələr də, “Suriya böhranı” adını qazanan, əslində isə bütövlükdə bütün Avrasiya üçün fəlakətə çevrilən problemin real həlli istiqamətində hələ də ciddi addımlar atılmır. Böyük dövlətlərin və onların təsir dairəsində olan beynəlxalq təşkilatların toqquşan maraqları bu böhranın həllinə mane olan ən böyük səbəbdir. Türkiyə hökuməti Suriya ilə 911 kilometrlik sərhədi boyu təhlükəsiz bölgə yaratmaqla ardıcıl aviasiya zərbələri ilə darmadağın edilərək pərakəndə halda fəaliyyət göstərən İraq ərazisindəki PKK terrorçularının Fərat çayının sahillərində yenidən birləşməsinin qarşısını almaq istəyir. Bundan başqa, Türkiyədə məskunlaşan suriyalı qaçqınların geri qayıtması üçün ölkənin terrorçu qruplardan təmizlənməzi mühüm şərtdir. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını, yeni konstitusiyanın qəbul edilməsini, qaçqınların doğma yurdlarına qayıtmasını açıq şəkildə dəstəkləyir.

Hazırda dünya ictimaiyyətini maraqlandıran ən ciddi sual Fərat çayının şərqində antiterror əməliyyatının nə vaxt başlayacağı və prosesin necə cərəyan edəcəyi ilə bağlıdır. Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında qeyd olunub ki, əməliyyatın başlaması üçün bütün hazırlıq işləri başa çatıb.

Qeyd etmək lazımdır ki, sentyabrın ilk günlərindən başlayaraq Türkiyənin və ABŞ-ın quru qoşunlarından ibarət birliklər Suriya ərazisində - Fərat çayının şərqində birgə patrul xidmətinə başlayıb. Bu prosesi tənzimləmək üçün Türkiyənin Şanlı Urfa bölgəsində fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzi qurulub. Bölgədə kəşfiyyat işləri aparmaq üçün helikopter və pilotsuz uçuş aparatları (PUA) müntəzəm reydlər edirlər.

Lakin rəsmi Ankara açıq şəkildə bəyan edib ki, həyata keçirilən patrul xidməti Türkiyənin maraqlarını təmin etmir. Mövqelərin üst-üstə düşmədiyi məqam terror təşkilatlarına fərqli münasibətdən başlayır. ABŞ rəsmiləri hesab edirlər ki, Türkiyə İŞİD-ə qarşı istənilən əməliyyatı keçirə bilər. Türkiyə isə əsaslandırır ki, terror təşkilatlarına münasibətdə ayrı-seçkilik olmamalıdır. Yəni, İŞİD, FETÖ, PKK, PYD, YPG və digər terror təşkilatlarının və qruplaşmalarının mahiyyəti eyni olduğu üçün onlara qarşı mübarizə də fərqli ola bilməz.

Son aylar Suriya böhranına aid ən aktual mövzu Fərat çayının şərqində təhlükəsizlik bölgəsinin yaranması ilə bağlıdır. Başqa sözlə, Suriya böhranının həllində maraqlı və fəal tərəflərdən biri olan Türkiyə birmənalı olaraq bu məsələdə irəli sürdüyü tələbin gerçəkləşməsində israrlıdır. Hadisələrin inkişafı, maraqlı tərəflərin sərt mövqeləri, o cümlədən məntiqi mülahizələr göstərir ki, Türkiyə sərhədi boyunca təhlükəsizlik bölgəsinin qurulması Suriya böhranının həllində mühüm amildir. Ən azı ona görə ki, Türkiyə son illər ölkədaxili antiterror əməliyyatları nəticəsində əldə etdiklərini yenidən itirmək istəmir. Yəni, Türkiyə daxilində sarsıdıcı zərbələr alan PKK-nın xarici ölkələrlə birbaşa əlaqələrinin kəsilməsi bu terror təşkilatının bir daha dirçəlməməsi üçün vacib rol oynayır. Digər tərəfdən, PUA, aviasiya və tank əleyhinə silah və raketlər, hətta snayper, gecəgörmə cihazları ilə təchiz edilən PKK, PYD və YPG terror təşkilatlarının Türkiyəyə yaratdığı təhlükə açıq-aydın hiss edilir.

İndi isə mövzunu Türkiyənin planlaşdırdığı antiterror əməliyyatının hərbi hərəkət trayektoriyası üzərində davam etdirək. Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəd bölgəsinə ağır texnika, o cümlədən artilleriya və tank briqadaları, quru qoşunlara aid avtomaşınlar cəlb edib. Sərhədboyu toplar atəş vəziyyətinə gətirilib. Yaranmış vəziyyət göstərir ki, əvvəlcə kəşfiyyat məlumatları əsasında yerləri müəyyən edilən terror məntəqələri artilleriya atəşinə tutulacaq, sonra isə aviasiyanın dəstəyi ilə digər əməliyyatlara start veriləcək.

Qeyd etməliyik ki, Türkiyə Silahlı Qüvvələri bundan əvvəlki əməliyyatlarda da canlı qüvvə itkisinə yol verməmək, o cümlədən Suriyada yerli əhalini qorumaq üçün əsaslı tədbirlər görüb. Oktyabrın 5-dən bəzi xarici KİV-lərə istinadla məlumatlar yayılıb ki, guya sərhədboyu hərbi hazırlıqlar səbəbindən PKK, PYD və YPG qruplaşmaları Fəratın şərqini tədricən tərk etməyə başlayıblar. Müşahidələr göstərir ki, bu məlumatlar Türkiyənin antiterror əməliyyatından daşındırmaq üçün yayılır. Çünki Türkiyənin aparıcı KİV-ləri bu terror qruplaşmalarının yerləşdikləri yerlərdə beton sığınacaqlar qurduqlarına dair görüntülər də yayırlar.

Türkiyə tərəfi əməliyyatdan əvvəl Suriyada maraqlı olan tərəflərlə danışıqları da davam etdirib. Oktyabrın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın, Xarici İşlər naziri Mövlud Çavuşoğlunun isə iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə telefon danışıqları olub. Həmin gün gecə saatlarında Türkiyənin Xarici İşlər Nazirliyi Fərat çayının şərqində planlaşdırılan antiterror əməliyyatı ilə bağlı açıqlama yayıb. Açıqlamada Türkiyənin sərhədi boyunca yerləşən terrorçu qrupların mövcudluğu, onların xarici qüvvələr tərəfindən silahlandırılması, problemin həlli istiqamətində rəsmi Ankaranın gördüyü siyasi tədbirlər, diplomatik danışıqlar barədə məlumat verilib. Birmənalı olaraq əsaslandırılır ki, Türkiyə tərəfi dövləti təhlükəsizliyi məqsədilə Fəratın şərqindəki antiterror əməliyyatını həyata keçirməkdə israrlıdır və geri çəkilməyəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankar

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya neft məhsullarının tədarükü ilə bağlı Əfqanıstanla əməkdaşlıq edə bilər

Tayson və Paulun döyüşü təxirə salınıb

Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Hindistanda anomal istilər 50-dən çox insanın ölümünə səbəb olub

Baş nazir: Gürcüstan ilə ABŞ arasındakı münasibətlərə yenidən baxılmalıdır

Tibetdə 5,9 bal gücündə zəlzələ baş verib

Kolumbiyada körpü uçub, ölənlər var

ABBA qrupunun üzvləri cəngavər ordeni ilə mükafatlandırılıblar

Çin ABŞ-ın orta mənzilli raketlərinin Filippində yerləşdirilməsinə qarşı çıxıb

“Saudi Aramco” Pakistanın neft-qaz şirkətində 40 faiz pay alıb

Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub

Malaya Universitetində Cənubi Qafqazda sülh prosesi mövzusunda mühazirə təşkil olunub

Naxçıvanda “Kiçik ürəkdə böyük cəsarət!” şüarı ilə tədbir keçirilib

Milan şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

“Standart and Poors” Fransanın kredit reytinqini aşağı salıb

Bayden: İsrail yeni atəşkəs planını HƏMAS-a təhvil verib

İordaniyada Qəzzaya yardımla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar

Blinken: NATO Ukraynanın alyansa qəbul olunmasını yaxınlaşdıracaq addımlar atacaq

Gürcüstanın Baş naziri ATƏT/DTİHB-ni sərt tənqid edib

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruridir

Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Pakistanın şimal-qərbində 2 terrorçu öldürülüb

Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

Blinken: NATO ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcəklər

Azərbaycan Dövlət Rəqs Ansamblı 36 ildən sonra İstanbulda ilk konsertini verib

Gəncə Dövlət Universitetinin tələbələri mükafatlandırılıb

Suraxanıda “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı festival keçirilib

Göygölə dolu düşüb

Tütün hər il dünyada 8 milyondan çox insanın həyatına son qoyur

Qızıl Avropa Liqası: Qadın voleybolçularımız qalib gəlib, kişilər isə növbəti məğlubiyyətlə üzləşib

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Füzulidə olublar

Mixail Neyjmakov: COP29 çərçivəsində nüfuzlu beynəlxalq aktorların nümayəndələri arasında əhəmiyyətli danışıqlar aparıla bilər – ŞƏRH

III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – YENİLƏNİB VİDEO

ADA Universitetinin və XİN-in birgə təşkilatçılığı ilə keçirilən bu ilin ilk “Xarici Siyasət Proqramı” başa çatıb

Məktəblilər uşaq yazıçısı “Gülzar nənə” ilə görüşüblər

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Azərbaycanın və Türkiyənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb

Ağsu sakini qonşusunu güllələyib

Ağdamda il ərzində 5 milyon kvadratmetr dam örtüyü istehsal ediləcək

Dövlət və özəl sektorun iştirakı ilə “yaşıl iqtisadiyyat”a keçiddə ESG prinsiplərinin əhəmiyyətinə dair konfrans keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Gədəbəydə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

AQTA: Monitorinqlər zamanı 133 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan atıcısı Avropa çempionatında bürünc medal qazanıb

Ümumdünya Tütünsüz Günündə İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb

Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında

Nobel mükafatçısı Əziz Səncər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

FHN Akademiyasındakı tədbirdə COP29 ilə əlaqədar radiasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışılıb

2024/2025-ci tədris ilində BDU-nun “SABAH” qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

Uşaq evlərinin 143 sakini üçün təlimlər təşkil olunub

Nüsrət Süleymanov: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik

Minaların ətraf mühitə təsirinin azaldılması ilə bağlı üçüncü beynəlxalq konfransın Bəyannaməsi qəbul edilib

Monitorinq Mərkəzi “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirib

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək

Bakıda “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransı baş tutub

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhedən

Naxçıvanda 14790 ədəd çətənə kolu məhv edilib

® “Kapital Bank” və “Qırmızı Ürəklər Fondu” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib

AMEA-nın yubileyi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı yenidən çapa hazırlanır

Bakıda “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda konfrans təşkil olunub

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan

Doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib

AQC sədri: Məqsədimiz ortaq türk qiymətləndirmə standartlarını hazırlamaqdır

Türkiyə Superliqasının ən dəyərli futbolçusu və komandası açıqlanıb

“Masallı folkloru örnəkləri” kitabının III cildinin təqdimatı keçirilib

Qarabağ Universitetinin rektoru: Elan olunan vakansiyalara böyük maraq var - MÜSAHİBƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

III Beynəlxalq Minatəmizləmə Konfransının yekunlarına dair Bəyannamə qəbul edilib

Göyçayda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Ukrayna 75 nəfəri əsirlikdən geri qaytarıb

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

İrlandiyada Azərbaycan Bayrağı qaldırılıb

Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü Londonda qeyd olunub VİDEO

® “Azerconnect Group” “Best Managed Companies Azerbaijan 2024” mükafatına layiq görülüb

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirlərindən irəli gələn elmi məsələlər müzakirə olunub

Pekində robot taksilər işə salınacaq

Türkiyə klubu Əmrə Bələzoğlu ilə yollarını ayırıb

“Qərənfil” körpələr evi-uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü

MDB-nin Gənclər paytaxtı Daşkənd şəhəri Qlobal Gənclər Festivalına ev sahibliyi edəcək

Sədr: KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması üçün təkliflər nəzərdən keçirilir

"Femida Könüllüləri" təşkilatının 50-dən çox gənci vəkil bürolarında fəaliyyətə başlayacaqlar

Azərbaycan boksçusu: Paris Olimpiadasında tarix yazacağıma söz verirəm

Dünya ölkələrinin media nümayəndələri Türkiyənin termal turizm paytaxtını ziyarət ediblər

Nazir müavini: Son 6 ildə 80 minə yaxın mikro və kiçik ailə təsərrüfatı yaradılıb

Hakimlər İttifaqı ilə “Femida Könüllüləri” təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

UNEC-in əməkdaşı Koreyanın beyin mərkəzində siyasi ekspert kimi fəaliyyət göstərəcək

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilib VİDEO

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3 000-i ötüb

ABA və Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

“Cell Discovery” elmi nəşri: Diabet uğurla müalicə edilib