TÜRKMƏNLƏR XARİCƏ GETMƏK ÜÇÜN MİLİSDƏN ARAYIŞ TƏQDİM ETMƏLİDİRLƏR
DİŞ, öz növbəsində, bunun üçün müraciət edən adamın şəxsi işini ətraflı öyrəndikdən sonra ona ölkədən getmək hüququ verən arayışlar təqdim edəcəkdir. Yeni qaydalar, ilk növbədə, əvvəllər mühakimə edilmiş, narkologiya dispanserində qeydiyyatda olan, “etibarsız”, yəni Daxili İşlər Nazirliyinin və ya Milli Təhlükəsizlik Nazirliyinin kartotekalarında “iqtidara qeyri-loyal” kimi göstərilən şəxslərə aiddir.
Agentliyin məlumatına görə, qaydalar artıq bu həftə qüvvəyə minmiş və onlara əsasən, bir qrup sərnişinə Aşqabaddan İstanbula getməyə icazə verilməmişdir.
Yeni qaydalar təkcə ölkənin “Türkmənhavayolları” Dövlət Şirkətinin xidmət etdiyi hava limanları üçün deyil, həm də bütün sərhəd-gömrük məntəqələri üçün nəzərdə tutulmuşdur. Türkmənistanı tərk etmək arzusunda olan şəxs əvvəlcə getmək istədiyi dövlətin vizasını alır və bunun üçün bütün lazımi arayışları təqdim edir. Bundan başqa, o, DİŞ-ə ərizə verir. DİŞ ona 10 gün ərzində cavab verməlidir.
Prezident Saparmurad Niyazovun fikrincə, yeni qaydalar turizm, kommersiya, müalicə, təhsil bəhanəsilə və başqa məqsədlə ölkədən gedən və sonra da qayıtmayan şəxslərin sayını azaltmalıdır.
Yeni qaydalar MDB ölkələrinə gedənlərə də şamil edilir və İran üçün nəzərdə tutulmur.