Ucarda fəaliyyət göstərən sexdə çörək istehsalı və satışı qadağan edilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax ərazi idarəsi tərəfindən Ucarda fəaliyyət göstərən fiziki şəxs Elxan Qurbanova məxsus çörək sexində dövlət nəzarəti həyata keçirilmişdir.
Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən məlumat vermişlər.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, sexdə gigiyenik və sanitariya norma və qaydaları kobud şəkildə pozulmuş, hazır məhsullara uyğunluq sertifikatı alınmamış, standartın təhlükəsizlik və digər tələblərinə əməl edilməmişdir. Həmçinin istismar olunan ölçmə vasitələri dövlət yoxlanışından keçirilməmiş, çörək sınaqlar aparılmadan satışa çıxarılmışdır.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilmiş, müəssisədə çörək istehsalı və satışı qadağan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]