UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 2-də futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin IV turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, 12 qrupda ümumilikdə 24 matç oynanılıb.
Türkiyə təmsilçilərindən “Başakşehir” komandası doğma meydanda “Hoffenhaym”ı qəbul edib və görüş heç-heçə başa çatıb -1:1. “Konyaspor” klubu isə səfərdə Avstriyanın “Zalsburq” komandası ilə heç-heçə oynayıb - 0:0. Turun maraqlı görüşlərindən biri isə Almaniyada keçirilib. Qrupun autsayderi olan “Köln” klubu Belarusun “Bate” kollektivini 5:2 hesabı ilə məğlubiyyətə uğradıb. Rusiyanın “Lokomotiv” klubu isə öz meydanında gözlənilmədən Moldovanın “Şerif” komandasına məğlub olub - 1:2.
Digər görüşlər aşağıdakı kimi nəticələnib:
“A” qrupu
“Makkabi” (Təl-Əviv, İsrail) - “Astana” (Qazaxıstan) - 0:1
“Slaviya” (Praqa, Çexiya) - “Vilyarreal” (İspaniya) - 0:2
“B” qrupu
“Yanq Boyz” (İsveçrə)- “Dinamo” (Kiyev, Ukrayna) - 0:1
“Partizan” (Serbiya) - “Skenderbeu” (Albaniya) - 2:0
“C” qrupu
“Lüdoqorets” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) - 1:1
“D” qrupu
AEK (Yunanıstan) - “Milan” (İtaliya) -0:0
“Riyeka” (Xorvatiya) - “Austriya” (Avstriya) - 1:4
“E” qrupu
“Lion” (Fransa) - “Everton” (İngiltərə) - 3:0
“Apollon” (Kipr) - “Atalanta” (İtaliya) - 1:1
“F” qrupu
“Kopenhagen” (Danimarka) - “Zlin” (Çexiya) - 3:1
“G” qrupu
“Styaua” (Rumıniya) - “Hapoel” (Beer-Şeva, İsrail) - 1:1
“Viktoriya” (Plzen, Çexiya) - “Luqano” (İsveçrə) - 4:1
“H” qrupu
“Arsenal” (İngiltərə) - “Srvena Zvezda” (Serbiya) - 0:0
“I” qrupu
“Gimaraeş” (Portuqaliya) - “Marsel” (Fransa) - 1:0
“J” qrupu
“Herta” (Almaniya) - “Zarya” (Ukrayna) - 2:0
“Atletik” (İspaniya) - “Ostersun” (İsveç) - 1:0
“K” qrupu
“Latsio” (İtaliya) - “Nitsa” (Fransa) - 1:0
“Vitess” (Hollandiya) - “Zülte-Varegem” (Belçika) - 0:2
“L” qrupu
“Rusenborq” (Norveç) - “Zenit” (Rusiya) - 1:1
“Real Sosyedad” (İspaniya) - “Vardar” (Makedoniya) - 3:0.