UEFA Gənclər Liqasının cari mövsümü ləğv olunub
Bakı, 18 fevral, AZƏRTAC
UEFA İcraiyyə Komitəsi COVID-19 pandemiyasının turnirlərin təşkilinə göstərdiyi mənfi təsirləri nəzərə alaraq, UEFA Gənclər Liqası turnirinin 2020/2021-ci il mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul edib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, UEFA İcraiyyə Komitəsi tərəfindən bir müddət əvvək turnirin startının təxirə salınması barədə qərar qəbul olunmuşdu. Lakin ötən müddət ərzində mövcud şəraitin bu beynəlxalq turnirin başlanmasına imkan verməməsi, UEFA Klub Yarışları Komitəsi və Avropa Klublar Assosiasiyası ilə aparılmış məsləhətləşmələrdən sonra Gənclər Liqasının cari mövsümünün ləğvi məqsədəuyğun sayılıb.
Xatırladaq ki, turnirdə “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandası mübarizə aparmalı idi. Əyalət təmsilçisi martın 4-də 1/32 final mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]