Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik
Bakı, 25 aprel, AZƏRTAC
Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Rusiya ilə müharibəyə də toxunan Ukrayna Prezidenti vurğulayıb ki, bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
Sabahın hava proqnozu açıqlanıb
- [12:35]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rusiya Britaniyanı hədələyib
- [11:08]