Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının köməkçisi sui-qəsd nəticəsində həlak olub
Kiyev, 7 noyabr, AZƏRTAC
Kiyev vilayətində qumbaranın partlaması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeriy Zalujnının köməkçisi Gennadi Çastyakov həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, faciə Kiyev vilayətinin Çayki kəndindəki yaşayış kompleksində baş verib.
Partlayış barədə xəbər alan polis dərhal hadisə yerinə gəlib.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı köməkçisi Gennadi Çastyakovun faciəli şəkildə öldüyünü təsdiqləyib.
“Ukrayna Silahlı Qüvvələri və şəxsən mənim üçün təsvirolunmaz ağrı və ağır itkidir”, - deyə Zalujnının məlumatında vurğulanıb.
Zalujnı bildirib ki, noyabrın 6-da, doğum günündə köməkçisi və yaxın dostu mayor Gennadi Çastyakov faciəvi şəkildə dünyasını dəyişib.
"Hədiyyələrin birində naməlum partlayıcı qurğu işə düşüb. Gennadinin həyat yoldaşı və dörd övladı qalıb. Ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə Baş komandan əlavə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
- 13.06.2026 [05:44]
Dünyanın ən təhlükəli 7 vulkanı
- 13.06.2026 [03:26]
Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür
- 13.06.2026 [00:10]
Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [18:51]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 12.06.2026 [18:46]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:44]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:28]