Ukraynada Baş Nazir vəzifəsinə şanslı siyasətçilərin reytinqi açıqlanıb
Kiyev, 10 iyun, AZƏRTAC
Ukraynada növbədənkənar parlament seçkilərindən sonra yeni Baş Nazir vəzifəsinə şanslı siyasətçilərin reytinqi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun rəy sorğusunun açıqladığı nəticəyə əsasən müxalifət blokunun lideri Yuriy Boyko 12,9 faiz, Ukraynanın sabiq Baş Naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko,11,3 faiz səslə Baş Nazir postuna daha şanslı hesab edilir.
Sonrakı yerləri 8,1 faiz səslə İqor Smeşko, 7,7 faiz səslə hazırkı Baş Nazir Vladimir Qroysman, 4 faiz səslə sabiq Müdafiə naziri, “Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, 2,6 faiz səslə beşinci Prezident Petro Poroşenko tutur.
Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]