Ukraynada koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşıb
Kiyev, 14 aprel, AZƏRTAC
Ukraynada son sutkada 270 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 3372 nəfərə çatıb ki, onların 180-nə yaxını uşaqdır.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 5 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 98 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 97 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]